İnformasiya müharibəsindən çox danışılır.
İnformasiya müharibəsinin ilk növbədə internetdə, çeşidli saytlar vasitəsilə aparıldığını xüsusi vurğulamağa ehtiyac varmı?
Və bu müharibədə diplomatik nümayəndəliklərimizin saytlarının, daha doğrusu bu saytlarda çalışan yetkililərin üzərinə böyük məsuliyyət düşür.
Biz səfirliklərimizin, konsulluqlarımızın saytlarının fəaliyyətini araşdrımaq qərarına gəldik. Özü də təkcə bizim diplomatik nümayəndəliklərin deyil, həm də ərazimizin 20 faizini işğal etmiş dövlətin “diplomatik” saytlarını.
Birinci yazı
KİM YATMIŞ, KİM OYAQ?
İlk olaraq 14 yanvar 1992-ci ildə Türkiyə ilə diplomatik əlaqələr qurmuş Azərbaycan Respublikasının hal-hazırda xarici ölkələrdə ümumilikdə 79 səfirliyi, daimi nümayəndəlik və konsulluğu fəaliyyət göstərir. Bəzi ölkələrdə səfirliklə yanaşı, konsulluqlarımız da var. Məsələn, Rusiyada və Türkiyədə Baş Konsulluqlarımız fəaliyyətdədir. Yaxın ölkələrlə yanaşı, Azərbaycan Respublikasının diplomatik xidmət siyahısına Cənubi Afrika Respublikası, İndoneziya və Çin kimi ölkələr də daxildir.
Diplomatik nümayəndəliklərimiz dünyanın bütün qitələrində fəaliyyət göstərir. Bəs onların saytları necə işləyir?
Araşdırma göstərib ki, Azərbaycanın xarici ölkələrdə 79 diplomatik nümayəndəliyinin fəaliyyət göstərməsinə baxmayaraq, onlardan yalnız 60-nın internet saytı var. Lakin hətta bu internet resurslarının da imkanlarından kifayət qədər istifadə olunmur. Səfirliklərin rəsmi internet saytlarında xəbərlərin son yenilənmə tarixi isə müasir dünyanın informasiya siyasəti ilə ayaqlaşa bilmədiyimizin sübutudur.
Beləliklə aşağıda sizə diplomatik nümayəndəliklərin rəsmi saytlarının son yenilənmə tarixini əks etdirən cədvəl təqdim olunur:
Diplomatik Nümayəndəliklər |
Saytların son yenilənmə tarixi |
AR-nın Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi |
16.04.2014 |
AR-nın Los Ancelesdəki Fəxri Konsulu |
09.04.2014 |
AR-nın BMT yanında Daimi Nümayəndəliyi |
26.01.2014 |
AR-nın Almaniyadakı Səfirliyi |
06.12.2013 |
AR-nın Ştuttqartdakı Fəxri Konsulu |
Göstərilməmişdir |
AR-nın Argentinadakı Səfirliyi |
11.04.2014 |
AR-nın Avstraliyadakı Səfirliyi |
11.04.2014 |
AR-nın Avstriyadakı Səfirliyi |
08.04.2014 |
AR-nın Belarusdakı Səfirliyi |
Göstərilməmişdir |
AR-nın Belçikadakı Səfirliyi |
01.04.2014 |
AR-nın NATO yanında Nümayəndəliyi |
11.04.2014 |
AR-nın Bİrləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi |
18.03.2014 |
AR-nın Dubaydakı Baş Konsulluğu |
22.03.2014 |
AR-nın Bolqarıstandakı Səfirliyi |
13.04.2014 |
AR-nın Böyük Britaniyadakı Səfirliyi
|
09.04.2014 |
AR-nın Cənubi Afrika Respublikasındakı Səfirliyi |
25.02.2014 |
AR-nın Çexiyadakı Səfirliyi
|
18.03.2014 |
AR-nın Çindəki Səfirliyi |
2009 |
AR-nın Estoniyadakı Səfirliyi |
10.01.2014 |
AR-nın Fransadakı Səfirliyi |
02.04.2014 |
AR-nın Avropa Şurası yanında Daimi Nümayəndəliyi |
2012 |
AR-nın Gürcüstandakı Səfirliyi |
Sayt üzərində iş aparılır |
AR-nın Batumidəki Baş Konsulluğu |
31.03.2014 |
AR-nın Hindistandakı Səfirliyi |
04.04.2014 |
AR-nın Xorvatiyadakı Səfirliyi |
24.03.2014 |
AR-nın İndoneziyadakı Səfirliyi |
04.11.2010 |
AR-nın İordaniyadakı Səfirliyi |
04.04.2014 |
AR-nın İrandakı Səfirliyi |
16.04.2014 |
AR-nın İspaniya və Andorradakı Səfirliyi |
31.03.2014 |
AR-nın İsveçdəki Səfirliyi |
Göstərilməmişdir |
AR-nın İsveçrədəki Səfirliyi |
02.04.2014 |
AR-nın Cenevrə şəhərindəki BMT bölməsi və digər Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyi |
Göstərilməmişdir |
AR-nın İtaliyadakı Səfirliyi |
14.04.2014 |
AR-nın Kanadadakı Səfirliyi |
02.04.2014 |
AR-nın Cənubi Koreyadakı Səfirliyi |
11.04.2014 |
AR-nın Küveytdəki Səfirliyi |
07.02.2012 |
AR-nın Qazaxıstandakı Səfirliyi |
Göstərilməmişdir |
AR-nın Qətərdəki Səfirliyi |
Göstərilməmişdir |
AR-nın Aktaudakı Baş Konsulluğu |
Göstərilməmişdir |
AR-nın Latviyadakı Səfirliyi |
02.04.2014 |
AR-nın Macarıstandakı Səfirliyi |
Göstərilməmişdir |
AR-nın Malayziyadakı Səfirliyi |
26.03.2014 |
AR-nın Meksikadakı Səfirliyi |
04.04.2014 |
AR-nın Mərakeşdəki Səfirliyi |
22.10.2010 |
AR-nın Misirdəki Səfirliyi |
13.04.2014 |
AR-nın Moldovadakı Səfirliyi |
11.04.2014 |
AR-nın Niderlanddakı Səfirliyi |
25.03.2014 |
AR-nın Özbəkistandakı Səfirliyi |
Göstərilməmişdir |
AR-nın Pakistandakı Səfirliyi |
20.01.2014 |
AR-nın Polşadakı Səfirliyi |
İşləmir |
AR-nın Rumıniyadakı Səfirliyi |
08.11.2013 |
AR-nın Rusiyadakı Səfirliyi |
31.03.2014 |
AR-nın Serbiyadakı Səfirliyi |
11.04.2014 |
AR-nın Slovakiyadakı Fəxri Konsulu |
07.2013 |
AR-nın Türkiyədəki Səfirliyi |
15.03.2014 |
AR-nın İstanbul Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında Daimi Nümayəndəliyi |
02.2014 |
AR-nın Türkmənistandakı Səfirliyi |
İşləmir |
AR-nın Ukraynadakı Səfirliyi |
16.04.2014 |
AR-nın Yaponiyadakı Səfirliyi |
26.02.2014 |
AR-nın Yunanıstandakı Səfirliyi |
08.05.2012 |
Beləliklə, İtaliya, ABŞ, Kanada, Fransa kimi ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin internet saytlarında məlumatlar demək olar ki, hər gün yeniləndiyi halda, Çin və İndoneziyada son yenilənmə müvafiq olaraq 2009 və 2010-cu ildə həyata keçirilib. Qazaxıstan, Qətər və Özbəkistanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin saytlarında məlumatların yenilənmə tarixi ümumiyyətlə qeyd olunmur. Eyni zamanda, Türkmənistan və Gürcüstanda fəaliyyət göstərən nümayəndəliklərin saytlarına daxil olmaq mümkün deyil. Üstəlik bunun səbəbləri barədə heç bir məlumat verilmir.
Başqa maraqlı məqam Xarici İşlər Nazirliyinin həmin saytlardan məlumatının demək olar ki, olmamasıdır. Belə ki, nazirliyin rəsmi internet səhifəsində xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin internet saytlarının sayı 46 olduğu halda, araşdırmamız bu rəqəmin 60 olduğunu göstərib.
Beləliklə kiçik bir araşdırma informasiya müharibəsində indiyə qədərki məğlubiyyətimizin ciddi səbəblərindən birini açıq-aydın ortaya qoyur. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan 20 ildən artıqdır dünyada özünə qarşı ikili standartlardan şikayətçidir, bu standartları dəyişmək üçün üzərimizə düşən vəzifənin öhdəsindən sona qədər gəlməməyimizi də bir səbəb kimi qeyd etmək lazımdır.
Qeyd edək ki, material 16 aprel 2014-cu ilə olan məlumatlar əsasında hazırlanıb.
Türkan Manaflı