APA-nın məlumatına görə, bunu Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışı zamanı Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.
Diplomat sual edib ki, Ermənistan bir yana, beynəlxalq ictimaiyyət bu mövzunun həllinə hazırdırmı? “Beynəlxalq ictimaiyyət hazırkı durumda müvafiq siyasi qərar verməli və təcavüzkarı nəhayət, çəkindirməlidir”.
A. Əzimov xatırladıb ki, münaqişənin həlli ilə məşğul olan ATƏT Minsk Qrupu beynəlxalq təsisatdır, Avropa və Qərb burada əsas oyunçulardır: “Üç üzv ölkə münaqişənin həllində səlahiyyətlidir. Amma bunun təsiri azdır. Mən demirəm ki, uğursuzluğun əsas səbəbi Minsk Qrupudur, amma bütün həmsədr ölkələr burada aktiv olmalıdır. Məsələn, Türkiyə və Almaniya münaqişənin həllinə böyük töhfələr verə bilər. Amma təəssüf ki, vaxt keçir, nəticə yoxdur”.