Bu gün Ermənistan parlamentində ölkənin yeni prezidentinin seçkisi keçirilib.
APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, Armen Sarkisyan ölkənin yeni prezidenti seçilib. Onun lehinə 90, əleyhinə 10 deputat səs verib. A. Sarkisyanın namizədliyi parlament çoxluğu tərəfindən irəli sürülmüşdü.
Armen Sarkisyan ölkəsinin Böyük Britaniyada səfiri vəzifəsində çalışırdı. O, daha əvvəl Ermənistanın baş naziri olub.
Qeyd edək ki, 2015-ci ildə qəbul edilmiş yeni Konstitusiyaya əsasən Ermənistan 2018-ci ilin aprelindən etibarən parlament idarə üsuluna keçir. Prezident məhdud səlahiyyətlərə malik olacaq, ölkəyə rəhbərliyi isə baş nazir həyata keçirəcək.
https://apa.az/dunya-xeberleri/mdb-olkeleri/armen-sarkisyan-ermenistanin-yeni-prezidenti-secilib-4391.html

















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









