HƏR ŞEYDƏN ƏVVƏL DİQQƏTİ DAXİLİ ALƏMƏ YÖNƏLTMƏK LAZIMDIR
– Gözəllik dünyanı xilas edəcək. Bu fikrə münasibətiniz necədir? Və … Qarabağı nə xilas edə bilər?
– Gec-tez gözəllik dünyanı xilas edəcək. İnanıram buna. Əlbəttə, bu məsələdə söhbət insanın xarici görünüşünün gözəlliyindən daha çox, daxili aləminin gözəlliyindən getməlidir. Çox tez-tez elə adamlara rast gəlirəm ki, zahiri görünüşünü gözəlləşdirib, amma daxili dünyası baxımsız qalıb. Hər şeydən əvvəl diqqəti daxili aləmə yönəltmək lazımdır. Bax elə onda gözəllik dünyanı xilas edə bilər.
Mən art stilistəm. Və yaxşı bilirəm ki, gözəllik dəbli bahalı paltar, gözəl saç düzümü ilə yanaşı davranışda görünməlidir. Təəssüf ki, bəzən hətta paltar stili seçimində də səhv edənlərimiz olur. Paltarın qadının yaşına uyğun gəlmədiyi hallardan danışmağa dəyərmi? Hamımız rast gəlmişik buna. Özü də lazım ola biləcəyindən qat-qat çox.
Sualın son hissəsinə cavab vermək çox çətindir. Qarabağı biz, azərbaycanlılar xilas edəcəyik. Buna inanıram. Burada gözəlliyə, hər halda təkcə gözəlliyə bel bağlamayaq.
– Sizin sənətinizə münasibət necədir? Bu sənəti incəsənət kimi dəyərləndirənlər çoxdurmu?
– Sənətimi sevirəm. Mən Qadının zahiri gözəlliyini vurğulamağı bacarmalıyam. Üstəlik. Bu zahiri gözəlliyin onun daxili alıminin zənginliyi ilə tamamlanmasına, necə deyərlər vəhdətinə nail olmalıyam. Üstəlik, bu şəxslə dil də tapmaq lazımdır. Onu inandıra bilməlisən. Bu çətindir. Amma uğur qazanandan sonra, can atdığına nail olandan sonra sənə olan münasibətdən hiss edirsən ki, daha bir adam səni sənətçi kimi qəbul edir.
Gün ərzində vaxt necə keçir, xəbərim olmur. Dəbdə olan trendləri araşdırırsan, insanlarla ünsiyyətdə olursan və bir də baxırsan ki… daha bir iş günü başa çatıb.
GƏNCLƏRİMİZ VAR Kİ, BİLMİRLƏR İSTEDADLARINI NECƏ TƏQDİM ETSİNLƏR
– Yaradıcılıq planlarınızdan danışaq.
– Yaradıcı gənclik üçün məktəb yaratmaq istəyirəm. Elə bir məktəb ki, orada hər bir dinləyiciyə individual yanaşma olsun. Bilrisiniz, art stilist olmaq üçün bütün imkanlara malik olan fantaziyalı gənclərimiz var ki, bilmirlər istedadlarını necə təqdim etsinlər.
– 1905.az portalına tövsiyyələriniz.
– Oxucularınızın çox olmasını arzulayıram. Zənnimcə, insanlarımızın daxili aləminin gözəlliyi tariximiz, başımıza gələnlər barədə bilgilərimiz artdıqca kamilləşə bilər.
-Sizə uğurlar.
1905.az