
Məscidlər Şuşa şəhərinin həm dini, həm də memarlıq tarixində xüsusi yer tutur. Qədim Şuşadakı 17 məhəllənin hər birində məscid olub. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağa məscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır.
Aşağı Gövhər Ağa Məscidi ilk dəfə Şuşanın 1855-ci ilə aid Baş planında yaxınlıqda yerləşən mədrəsə ilə birlikdə qeyd edilir. Şəhərin ikinci cümə məscidi olan Aşağı Gövhər Ağa məscidi həm Aşağı məscid, həm də Kiçik məscid adları ilə tanınmışdır. Məscidin inşası 1874-1875-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Gövhər ağanın maddi dəstəyi əsasında həyata keçirildiyinə görə, sonradan Aşağı məscid həm də Aşağı Gövhər Ağa məscidi adı ilə tanınmağa başlamışdır.
Şuşa şəhəri işğal altında olanda digər məscidlər kimi Aşağı Gövhər Ağa məscidi də erməni vandalizminə məruz qalıb. Şəhər işğaldan azad olunandan sonra məscid bərpa olunub.
Şuşanın tarixi-memarlıq rəmzlərindən olan Aşağı Gövhər Ağa məscidi ikimərtəbəlidir. Silindrşəkilli minarələri kərpicdən hörülüb, ibadət zalı çatma tağ günbəzlə örtülüb.
Turistlər məscid ərazisindəki tarixi mədrəsə binasında yaradılmış muzeylə də tanış ola bilərlər. “Qarabağ və Şərqi Zəngəzur Muzeyi: İşğaldan əvvəl və sonra. Dirçəliş.” mövzusundakı bu ekspozisiyada Qarabağın və Şərqi Zəngəzurun işğaldan əvvəlki dövrü, işğal illərində ermənilər tərəfindən dağıdılmış dini abidələr, tarix və mədəniyyət abidələri, ekosid barədə faktlar, o cümlədən hazırda Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə dair məlumatlar, foto və videomateriallar yer alıb.
























Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









