Fotoqraf Famil Mahmudbəyli 1979-cu ildə Bakı şəhərində anadan olub. Yeniyetməlik dövrü müharibə illərinə təsadüf etdiyindən 1992-ci ildə 13 yaşında cəbhəyə üz tutub. Ağdamda yerləşən hərbi hissələrdə könüllü olaraq yaralı əsgərlərə yardım edib, silah sursat daşıyıb. Elə həmin dövrdən fotoqrafiyaya və video operatorluğa maraq göstərib. 15 yaşından etibarən Azərbaycan Dövlət televziyasında dekorçu, daha sonra operator və motajçı işləyib. 2007-ci ildən etibarən peşəkar operator, 2012-ci ildən isə fotoqraf kimi Azərbaycanın cəbhəyanı və digər bölgələrində çəkilişlər aparır.
Avropa İttifaqı və CMI (Crisis Management İnitiative) tərəfindən keçirilən “Sülhün təsviri” (2014) sərgisində 30-dan çox fotosu nümayiş olunub. Hazırda müstəqil fotoqraf olaraq fəaliyyət göstərir.
Tovuz rayonu, 2013. Ön cəbhə xəttinə yaxın Əlibəyli kəndi. “Vətəni buraxıb biz harda yerləşək? Evimizdə rahat ayağımızı uzadıb yatırıq. Allaha pənah. Əcəlimiz harda çatıbsa, orda öləcəyik. Həyətimizi, mal-qaramızı, torpağımızı buraxmamışıq”.Tovuz rayonu, 2013. Ön cəbhə xəttinə yaxın Əlibəyli kəndi. Hər dəqiqələri, saniyələri həyəcan, qorxu – bu ailənin həyətləri ən təhlükəli yerdədir – açıqlıqda. Atılan güllərin bura düşmə ehtimalı daha çoxdur. Bu evdən o yana hərbi postlar gəlir. Atışma başlayanda valideynlər uşaqları gizlətməyə yer tapmırlar.Tovuz rayonu, 2013. Ön cəbhə xəttinə yaxın Əlibəyli kəndi. Tovuz rayonu, 2013. Ön cəbhə xəttinə yaxın Əlibəyli kəndi. “Təbii ki, istərəm mənim uşağım qorxusuz, ürəkli yekələnə. Bir dənə mərmi, güllə atılanda qaçıb gizlənməsin. Hər dəqiqə ölüm qorxusudur, can şirin şeydir, amma güllə atılan kimi deyirəm ki, uşağa dəyməsin”.Tovuz rayonu, 2013. Ön cəbhə xəttinə yaxın Ağdam kəndi.Tovuz rayonu, 2013. Ön cəbhə xəttinə yaxın Əlibəyli kəndi. Hər anı ölümlə təhlükədə olan, güllə səsləriylə böyüyən körpələr.Tovuz rayonu, 2013. Ön cəbhə xəttinə yaxın Ağdam kəndi. 7. Tovuz rayonu, 2013. Ön cəbhə xəttinə yaxın Ağdam kəndi. “Ermənilər deyirdi ki, ay qonşular, siz bizə, biz də sizə hələ güllə atmayaq, düşmənçilik etməyək. Burda bir çətinlik yox idi, dost idik.Ağdam rayonu, 2013. Cəbhə bölgəsinə yaxın Mirəşəlli kəndində hər an təşviş içində yaşayan ailə.Ağdam rayonu, 2013. Çıraqlı kəndi. Bu kəndi erməni postundan təxminən 200 metr ayırır.Ağdam rayonu, 2013. Mirəşəlli kəndinin qəbristanlığı. Sakinlər deyir ki, atəşkəs dövrü olsa da, ermənilərin açdığı atəşlər nəticəsində burada çox qəbir dağılıb.Ağdam rayonu, 2013. Mirəşəlli kəndinin qəbristanlığı. Bu qəbiristanlığı erməni hərbi postundan təxminən 200 metr ayırır.Ağdərə rayonu, 2013. Markuşevan kəndi. Sərhəddə, erməni əsgər postundan 1 km məsafədə yaşayanlar üçün həyat davam edir.Ağdərə rayonu, 2013. Markuşevan kəndi. “Elə öz gələcəyimi də burda görürəm”.Ağdərə rayonu, 2013. Markuşevan kəndi. Onlar hər kəs kimi sevirlər, evlənirlər və sonunda həyata bir körpə, bir dünya gətirirlər. O dünya ki, həyatın acısına-şirininə baxmadan uşaqlığını yaşayaraq böyüyür…Ağdərə rayonu, 2013. Markuşevan kəndi.Ağdərə rayonu, 2013. Markuşevan kəndi.Ağdərə rayonu, 2013. Markuşevan ön cəbhə bölgəsində ən az sakini olan kənddir.Tərtər rayonu, 2013. Qapanlı kənd sakini.Tərtər rayonu, 2013. Qapanlı kənd sakini.Tovuz rayonu, 2013. Əlibəyli kəndi.Tovuz rayonu, 2013. Ağdam kəndi.Tovuz rayonu, 2013. Ağdam kəndi.Ağdərə rayonu, 2013. Markuşevan kəndi.Ağdərə rayonu, 2013. Markuşevan kəndi.Tovuz rayonu, Ağdam kəndi. 2013Tovuz rayonu, 2013. Əlibəyli kəndi.
1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.
Onun yaratdığı sənət əsərləri danışır. Onun sehrli barmaqlarından çıxan hər bir əsər keçdiyi ömür yolunun bariz nümunəsidir. Rəngarəng əsərlərin qəhrəmanı ilə həm danışmaq, həm də bu rənglərin işığından keçdiyi ömür yoluna nəzər salmaq imkanımız oldu. 57 illik bir sənət fəadaisinin ömür yolunu vərəqlədikcə illərin heç də hədər getmədiyinin bir daha şahidi olduq. Öyrəndik ki, könlünü bu sənətə lap uşaqlıqdan bağlayıb.
BDU-nun Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi Teymur Qasımlının “Siyasi kommunikasiya” adlı yeni kitabı işıq üzü görüb.