1994-cü il mayın 5-də Ermənistan-Azərbaycan arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış «Bişkek protokolu» mayın 12-də qüvvəyə minib və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılıb.
Sənədə Ali Sovetin sədri və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, Şuşa rayonu İcra Hakimiyyətinin başçısı, erməni tərəfdən Ermənistan parlamentinin sədri və “DQR parlamentinin sədri” atıb.
Mayın 19-da isə atəşkəs müqaviləsinin həyata keçirilməsinə nəzarət məqsədilə ATƏT-in Dağlıq Qarabağ üzrə daimi komitəsi yaradılıb.
5-6 dekabr , ATƏT-in Budapeşt Sammitində “Dağlıq Qarabağ münaqişəsi barədə ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi haqqında ” qərar qəbul edilib. Bu sənədə müvafiq olaraq “Silahlı münaqişənin dayandırılması baradə siyası saziş bağlaılması üçün çevik danışıqlar aparılmasına dair Minsk Konfransının həmsədrlər təssisatı yaradılıb.
1997-ci il 1 iyun münaqişənin tənzimlənməsi üçün ATƏT-in Minsk qrupu həmsədrləri “Kompleks plan” təqdim ediblər. Bu təklifin əsas ideyası qarşıdurmanın iki əsas məsələsi barədə paralel danışıqlar aparılmasından ibarətdir: Silahlı qüvvələrin işğal edilmiş regionlardan çıxarılması və Dağlıq Qarabağın sratusunun müəyyən edilməsi. Bu plandan imtina edən Ermənistandan fərqli olaraq Azərbaycan həmin planı bəzi qeyd-şərtlərlə qəbul edib.
1997-ci il 19 sentyabr , ATƏT-in Minsk qrupu həmsədrləri münaqişənin “addım-addın tənzimlənməsi” planını təqdim ediblər. Bu plana əsasən münaqişənin aşağıdakı sxem üzrə iki mərhələdə tənzimlənməsi nəzərdə tutulurdu. Birinci mərhələdə işğalçı silahlı qüvvələr keçmiş DQMV ərazisində yerləşən altı rayondan (Laçın rayonu müstəsna olmaqla) çıxarılmalı, mülki əhali öz yerlərinə qaytarılmalı və komminikasıiya əlaqaləri bərpa edilməli; İkinci mərhələdə Dağlıq Qarabağın statusu, eləcə də Laçının və Şuşanın statusu müəyyən edilməlidir.
1996-cı il 2-3 dekabr tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində 54 iştirakçı dövlət tərəfindən Avropada XXI əsrdə ümumi və hərtərəfli təhlükəsizlik modeli adlı Bəyannamə qəbul edilib. Bəyannamədə üzv ölkələrinin təhlükəsizliyinə yönələn təhdidlər qeyd edilmiş və bu təhdidləri aradan qaldırmaq üçün birgə əməkdaşlığın vacibliyi xüsusi vurğulanıb.
1998-ci il 9 noyabr – ATƏT həmsədri münaqişənin tənzimlənməsi üçün “ümumi dövlət” adlanan yeni plan təklif edib. Azərbaycan tərəfi bu planın danışıqlar üçün əsas kimi qəbul edilməsindən imtina etmişdir, çünki həmi plan beynəlxalq hüqüqün norma və prinsiplərinə, eləcə də milli qanunvericiliyə müvafiq deyildir. Azərbaycan münaqişənin addım-addım tənzimlənməsi planı barədə həmsədrin əvvəlki təklifi əsasında ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları bərpa etməyə hazır olduğunu təsdiq edib.
2005-ci il AŞPA-nın “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişəyə dair” 1416 saylı qətnaməsi imzalanıb.
Atəşkəsdən ötən 20 il ərzində müxtəlif məlumatlara görə, cəbhə xəttində 6 mindən artıq Azərbaycan hərbçisi düşmən gülləsi, mina partlayışları, qar uçqunu və digər səbəblərdən həlak olub.
2008-ci il 14 martda BMT-nin Baş Məclisi “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” barədə qətnamə qəbul edib.
Ermənistan Silahlı Qüvvələri 2007-2013-cü illərdə cəbhə xəttində atəşkəs rejimini 7673 dəfə , 2014-cü ilin birinci rübündə isə 2030 dəfə pozub.
Materialın hazırlanmasında www.apa.az, www.azerbaijan.az, www. azerbaycanli.org, www. aliyev-heritage.org saytlarındaki informasiyalardan istifadə edilib.
1905.az