Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan etmişdir ki, ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin onlara verdiyi İrəvan və ətraflarını əhatə edən Azərbaycan torpaqlarında bir dəfə özlərinə dövlət yaratmışlar. Davamını oxu
All posts by Dadash Musayev
RETROSPEKTİVA – FÜZULİ… CƏBRAYIL… 26 İL KEÇDİ…
Avqust ayının 23-də Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü tamam olur. “1905.az” portalının Diskussiya klubunda bu dəfə adıçəkilən rayonların Facebook sosial şəbəkəsindəki səhifə və qruplarının idarəediciləri ilə onların fəaliyyətini müzakirə etdik. Diskussiya klubunda “Cəbrayılım” qrupunun idarəçisi Gülşən Rəvanqızı, “Cəbrayıl” səhifəsinin idarəçisi Elmin Həmzəyev, “Füzuli rayonu” səhifəsinin idarəçisi Orxan Behbid, “Füzuli rayonu” qrupunun idarəçisi İlkin Namaz, eləcə də jurnalist Ramilə Qurbanlı iştirak edirdi. Davamını oxu
Nazim Abdullayev: “Hacı Zeynalabdin Tağıyev əfsanələşib, hətta az qala nağıl qəhrəmanına çevrilib.”
Cavanşir Hadıyev: “Tarixi filmlərimiz yoxdu”
1905.az portalının suallarını aktyor Cavanşir Hadıyev cavablandırır.
– Cavanşir müəllim, Qarabağ problemi bizim kinomuzda necə işıqlandırılıb? Sizi qane edirmi?
– Qətiyyən qane etmir. Kino və teatrda bu mövzu çox zəif əks olunub. 25 ildir müharibə davam edir. Bu müddət ərzində azı 25 film çəkilməli idi. Başa düşürəm, çətin illər olub. Amma 25 ilə heç olmasa 10 film çəkmək olmazdı?! Davamını oxu
Namiq Əsədov: “1823 və 1832-ci illərin kameral siyahıya almalarını müqayisə edəndə ağrılı rəqəmlərin şahidi oluruq.”
Müsahibimiz tarix üzrə fəlsəfə doktoru Namiq Əsədovdur.
Bako Saakyan kimdir?
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda yazan müəlliflərin əsas problemi yanlış terminlərdən istifadədir. Bu münaqişə haqda danışarkən yanlış terminlərdən istifadə edən müxtəlif qruplar var. ABŞ-ın Ermənistandakı sabiq səfiri Con Evans kimi bəzi müəlliflər isə bu terminləri qəsdən işlədir.