Hacı Zeynalabdin Tağıyevin nəticəsi Nazim Abdullayevlə danışdıq.
1905.az portalının suallarını aktyor Cavanşir Hadıyev cavablandırır.
– Cavanşir müəllim, Qarabağ problemi bizim kinomuzda necə işıqlandırılıb? Sizi qane edirmi?
– Qətiyyən qane etmir. Kino və teatrda bu mövzu çox zəif əks olunub. 25 ildir müharibə davam edir. Bu müddət ərzində azı 25 film çəkilməli idi. Başa düşürəm, çətin illər olub. Amma 25 ilə heç olmasa 10 film çəkmək olmazdı?! Davamını oxu
Müsahibimiz tarix üzrə fəlsəfə doktoru Namiq Əsədovdur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda yazan müəlliflərin əsas problemi yanlış terminlərdən istifadədir. Bu münaqişə haqda danışarkən yanlış terminlərdən istifadə edən müxtəlif qruplar var. ABŞ-ın Ermənistandakı sabiq səfiri Con Evans kimi bəzi müəlliflər isə bu terminləri qəsdən işlədir.

Mikayıl Abdullayev 19 dekabr 1921-ci ildə Bakıda doğulmuşdur. 1939-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1949-cu ildə Surikov adına Moskva Dövlət Rəssamlıq məktəbini bitirmiş, S. Gerasimovun emalatxanasında rəssamlıq sənətinin incəliklərini öyrənmişdir. Davamını oxu
XV əsrin sonlarında, monqol-tatar ağalığına son qoyulduqdan sonra, Moskva dövləti ayrı-ayrı xalqları özünə tabe etməyə başladı və ərazisini sürətlə genişləndirdi. Davamını oxu