All posts by Dadash Musayev
XİN “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” hesabatını təqdim edib
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi martın 2-də “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabatı təqdim edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bununla bağlı martın 2-də keçirdiyi mətbuat konfransında bildirib ki, hesabatda əks olunmuş məlumat daha çox erməni açıq mənbələrindən toplanılaraq işğal olunmuş ərazilərdə beynəlxalq hüquqa tam məhəl qoyulmadan məskunlaşmanın həyata keçirilməsi, mülkiyyət, təbii və digər sərvətlərin vəhşicəsinə istismarı, talan edilməsi və qeyri-qanuni ticarəti daxil olmaqla, davamlı fəaliyyəti sübut edən kifayət qədər təsdiqedici dəlillər təmin edir. Dəlillər göstərir ki, Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin işğal olunmuş hissəsi boyunca təbii sərvətlərin qeyri-qanuni daşınması həyata keçirilir və Azərbaycanın zəbt edilmiş ərazilərində qanunsuz istehsal edilmiş məhsulların, eləcə də minerallar və digər sərvətlərin həmin ərazilərdən beynəlxalq bazarlara daşınması üçün Ermənistan nəqliyyat məntəqəsi rolunu oynayır. Davamını oxu
AŞPA sədri: “Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğalı ilə bağlı problem həll edilməlidir”
“Azərbaycanın Avropa və Avropa Şurası ilə əlaqələrini inkişaf etdirməyə imkan verəcək dönüş nöqtəsində olduğuna inanıram”.
APA-nın AŞPA-nın saytına istinadən verdiyi xəbərə görə, bu barədə AŞPA sədri Pedro Aqramunt Azərbaycana iki günlük səfərinin yekunlarına dair bildirib. P. Aqramunt Azərbaycanın müxtəlif çağırışlarla üzləşdiyini qeyd edib. Onun sözlərinə görə, həssas geosiyasi vəziyyətdə olan Azərbaycanda bu çağırışlar enerji, insan haqları məsələlərini aşaraq maliyyə böhranı və xarici investorların cəlbini ehtiva edir. O, yüksək səviyyəli rəsmilərlə səmimi və açıq müzakirələr apardığını qeyd edib. Davamını oxu
Mehriban Əliyevaya “İlin adamı” mükafatı təqdim olunub

Azərbaycan Prezidenti İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramuntu qəbul edib.
Avropa Şurası Parlament Assambleyasının prezidenti seçilməsi münasibətilə Pedro Aqramuntu təbrik edən dövlətimizin başçısı onun yeni vəzifəyə seçildikdən az müddət sonra Azərbaycana səfər etməsini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi. Təşkilatla tamhüquqlu əməkdaşlığımızın 15 illik bir tarixi əhatə etdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının üzvü kimi müsbət inkişaf proseslərinə öz töhfəsini verməkdə davam etdiyini bildirdi. Dövlətimizin başçısı tərəfdaşlığımızın bundan sonra yeni inkişaf səviyyəsinə doğru irəliləyəcəyinə də əminliyini ifadə etdi. Davamını oxu