
Hörmətli xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və uğurlar arzulayıram.
Azərbaycan qadınının cəmiyyətimizdə qazandığı yüksək mövqe və elmdə, təhsildə, mədəniyyətdə fəth etdiyi zirvələr bizim tarixi nailiyyətimiz, əbədi qürur mənbəyimizdir. Onun ictimai nüfuzu dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünü vahid məfkurə ətrafında birləşmiş şəkildə qarşılamağa hazırlaşan Azərbaycanın müasir həyatının diqqətəlayiq gerçəkliyidir. Azərbaycan xanımları ülvi amallar naminə zəngin ictimai fəaliyyətləri boyunca özlərinin daxili aləmlərinin ahəngdarlığını həmişə layiqincə qoruyub saxlamış, mürəkkəb sosial-siyasi dəyişikliklərin baş verdiyi ən müxtəlif dövrlərdə cəmiyyətimizin əsl mənəvi dayağı olmuşlar. Davamını oxu

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik “Twitter” şəbəkəsindəki səhifəsində yazıb ki, ştatların qanunvericilik məclislərinin Dağlıq Qarabağla bağlı hərəkətləri icbari qüvvəyə malik deyil və Amerika Birləşmiş Ştatlarının xarici siyasətini əks etdirmir. 




Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb











