Tərtər rayonunun keçmiş icra başçısı Sərdar Həmidov dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, bu barədə onun yaxınları məlumat veriblər. S.Həmidov uzun müddətdi bir neçə xəstəlikdən əziyyət çəkirdi. Davamını oxu
All posts by Dadash Musayev
Cənubi Osetiya-Gürcüstan münasibətləri Blievin birtərəfli baxışında
Mark Blievin “Cənubi Osetiya: Rusiya-Gürcüstan münasibətlərinin toqquşmasında” (Южная Осетия: в коллизиях российско-грузинских отношений) kitabı 2013-cü ildə Moskvada 1000 nüsxə tirajla çap olunmuşdur. Rusiya Federasiyasının Şərəf ordeni ilə təltif edilmiş, tarix elmləri doktoru Bliev, Şimali Osetiya Dövlət Universitetinin kafedra müdiridir. Davamını oxu
ABŞ Konqresində Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verilib
ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun həmsədri, Tennesi ştatından olan konqresmen Stiv Kohen 25 fevral 2016-cı il tarixində yüzlərlə günahsız insanların ölümü ilə yadda qalan Xocalıqətliamının ildönümü ilə bağlı bəyanat verib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, konqresmen Kohen bəyanatında atəşkəsin imzalanmasından 20 ildən çox keçməsinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayon daxil olmaqla 20% ərazisinin hələ də işğal altında qaldığını və bir milyondan artıq azərbaycanlının öz evindən didərgin düşdüyünü deyib.
Stiv Kohen Azərbaycanın çox çətin qonşuluq mühitində olmasına baxmayaraq, bir çox məsələlərdə, o cümlədən təhlükəsizlik və enerji məsələlərində ABŞ və müttəfiqlərinin güclü tərəfdaşı olmasını vurğulayıb. Eyni zamanda, konqresmen Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlara, xüsusilə NATO-nun Əfqanıstan əməliyyatına mühüm töhfəsini qabardıb. Davamını oxu
Heydər Əliyev Mərkəzində “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində anım tədbiri keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə təsis edilmiş “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində fevralın 26-da Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan anım mərasimi keçirilib. Davamını oxu
Prezident İlham Əliyev Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimində iştirak edib
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirdilər.
Anma mərasiminin iştirakçıları abidənin önünə tər güllər düzdülər.
X X X
1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir. Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış həmin gecədə erməni silahlı dəstələri hələ SSRİ dövründən Xankəndi şəhərində yerləşən, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan etdilər. Davamını oxu
XOCALI SOYQIRIMI DÜNYANIN GÖZÜ İLƏ
Vaşinqton Post, 28 Fevral 1992
AZƏRBAYCAN ŞƏHƏRLƏRİNDƏ DƏFN OLUNMUŞ DAĞLIQ QARABAĞ ŞƏHİDLƏRİ – QAÇQINLAR ERMƏNİ HÜCUMLARI ZAMANI YÜZLƏRLƏ İNSANIN ÖLDÜRÜLDÜYÜNÜ DEYİR
Tomas QOLTS, Ağdam, Azərbaycan, 27 Fevral
Döyüş vəziyyətində olan Dağlıq Qarabağ anklavının şərqində yerləşən bu şəhərin baş məscidinin xidmətçiiləri dedilər ki, bu gün onlar ermənilərin çərşənbə günü işğal etdiyi anklavda yerləşən Azərbaycan şəhərindən gətirilmiş 17 nəfəri dəfn ediblər.
Anklavın paytaxtı Stepanakertin şimal-qərbində yerləşən və 6.000 nəfər əhalisi olan Xocalı şəhərindən olan qaçqınlar hücum zamanı qadın və uşaqlar daxil olmaqla 500 nəfərin öldürüldüyünü dedilər. Ağdam məscidinin direktoru Səid Sadıqov bildirdi ki, Xocalı şəhərindən olan qaçqınlar çərşənbə günündən bəri onun məscidinə 477 meyit gətiriblər. Davamını oxu