
Tərtər rayonunun keçmiş icra başçısı Sərdar Həmidov dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, bu barədə onun yaxınları məlumat veriblər. S.Həmidov uzun müddətdi bir neçə xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, mərhum Həmidov səhhətinin ağırlaşması səbəbilə Bakıda Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi. Bu barədə mərhumun oğlu sosial şəbəkədə xəbər yaymışdı.
Qarabağ müharibəsi iştirakçısı olan S.Həmidov Tərtər Özünümüdafiə Batalyonunun komandiri olub. S.Həmidov Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidovun qardaşıdır.
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











