Ermənilərin Yaxın Şərq və Qafqaz bölgələrində milli-siyasi qüvvə kimi siyasət səhnəsinə çıxmasının tarixi XIX əsrin əvvəllərindən – Rusiya-İran və Rusiya-Türkiyə müharibələrinin nəticələri olaraq 1813, 1828, 1829-cu illər Gülüstan, Türkmənçay və Adrianapol müqavilələri ilə başlayır. Bu müqavilələr əsasında Azərbaycan, Gürcüstan və Türkiyənin tarixi ərazilərinin bölünməsi, ermənilərin İrandan və Türkiyədən əzəli Azərbaycan (13 xanlığın ərazisi) və Gürcüstan (Axaltsix və Axalkalaki) torpaqlarına köçürülməsi erməni əhalisinin həyatında əsaslı iz qoydu. Yeni tarixi şərtlər, həmçinin istər Osmanlı Türkiyəsi, istərsə də Rusiya İmperiyasında erməni əhalisinin nisbətən üstün və qabaqcıl vəziyyəti, er-məni milli şüurunda yüz illərlə bəslənən öz müstəqil dövlətçiliyini yaratmaq ide-yasını artıq yetişməkdə olan erməni millətçiliyinin siyasi devizinə çevirdi. “Böyük Ermənistan” onun “yaradıcılarının” planlarına görə Osmanlı Türkiyəsinin və Rusiya İmperiyasının (Qafqazın – Azərbaycanın və Gürcüstanın) böyük ərazilərini əhatə etməli idi. Bu isə hakimiyyətlə öz separatçı niyyətlərini bəyan etmiş erməni əhalisi arasında artıq müəyyən münasibətlərin başlanmasını şərtləndirirdi.
All posts by Dadash Musayev
1948-1953-cü illər deportasiyası, yaxud genosidin bir forması
Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə, kütləvi qətl və qırğınlara məruz qalmış, minlərlə tarixi mədəni abidə və yaşayış məskənləri dağıdılıb viran edilmişdir.
Ermənilərin kütləvi surətdə Osmanlıdan və İrandan Şimali Azərbaycana köçürülməsi
Ermənilərin əcdadlarının Qərbdən Şərqə: Balkanlardan, yəni Avropadan Asiyaya, Qafqaza, o cümlədən Azərbaycana miqrasiya prosesi mərhələ-mərhələ əsrlər boyu davam etmişdir… Davamını oxu
“Rəvan” sözünün əvvəlinə “i” hərfi əlavə olunaraq “İrəvan” adı əmələ gəlmişdir
..İrəvan şəhəri təkcə şərq mənbələrində deyil, eyni zamanda orta əsr rus arxivlərində çox zaman “Rəvan” adlandırılırdı. Bu da təsadüf deyildi.
Məhəllə adları da Şuşanın azərbaycanlıların şəhəri kimi formalaşdığını sübut edir
Erməni müəlliflərinin xəstə təxəyyülü özünü Şuşa şəhərinin tarixinin özünəməxsus şəkildə şərh edilməsində də açıqca nümayiş etdirir.