Qarabağ qədim zamanlarda əsasən türklər və Qafqaz qəbilələrindən təşkil olunmuş qədim Azərbaycan dövləti olan — Qafqaz Albaniyasının tərkib hissəsi olmuşdur.
Qarabağ qədim zamanlarda əsasən türklər və Qafqaz qəbilələrindən təşkil olunmuş qədim Azərbaycan dövləti olan — Qafqaz Albaniyasının tərkib hissəsi olmuşdur.
Rusiya imperiyası erməniləri azərbaycanlıların qırğınına və deportasiyasına yönəltməklə Cənubi Qafqazda möhkəmlənməyi, ermənilər isə Rusiyanın havadarlığına arxalanaraq tarixi Azərbaycan torpaqlarını ələ keçirməyi, bu torpaqlarda erməni dövləti qurmağa məqsəd görürdülər.
Ermənilərin Yaxın Şərq və Qafqaz bölgələrində milli-siyasi qüvvə kimi siyasət səhnəsinə çıxmasının tarixi XIX əsrin əvvəllərindən – Rusiya-İran və Rusiya-Türkiyə müharibələrinin nəticələri olaraq 1813, 1828, 1829-cu illər Gülüstan, Türkmənçay və Adrianapol müqavilələri ilə başlayır. Bu müqavilələr əsasında Azərbaycan, Gürcüstan və Türkiyənin tarixi ərazilərinin bölünməsi, ermənilərin İrandan və Türkiyədən əzəli Azərbaycan (13 xanlığın ərazisi) və Gürcüstan (Axaltsix və Axalkalaki) torpaqlarına köçürülməsi erməni əhalisinin həyatında əsaslı iz qoydu. Yeni tarixi şərtlər, həmçinin istər Osmanlı Türkiyəsi, istərsə də Rusiya İmperiyasında erməni əhalisinin nisbətən üstün və qabaqcıl vəziyyəti, er-məni milli şüurunda yüz illərlə bəslənən öz müstəqil dövlətçiliyini yaratmaq ide-yasını artıq yetişməkdə olan erməni millətçiliyinin siyasi devizinə çevirdi. “Böyük Ermənistan” onun “yaradıcılarının” planlarına görə Osmanlı Türkiyəsinin və Rusiya İmperiyasının (Qafqazın – Azərbaycanın və Gürcüstanın) böyük ərazilərini əhatə etməli idi. Bu isə hakimiyyətlə öz separatçı niyyətlərini bəyan etmiş erməni əhalisi arasında artıq müəyyən münasibətlərin başlanmasını şərtləndirirdi.
Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə, kütləvi qətl və qırğınlara məruz qalmış, minlərlə tarixi mədəni abidə və yaşayış məskənləri dağıdılıb viran edilmişdir.
..İrəvan şəhəri təkcə şərq mənbələrində deyil, eyni zamanda orta əsr rus arxivlərində çox zaman “Rəvan” adlandırılırdı. Bu da təsadüf deyildi.