Qərbi Azərbaycandan – indiki Ermənistan ərazisindən Azərbaycan türklərinin ilkin qaçqınlıq dövrü 1801-ci ildə Rusiyanın Şərqi Gürcüstanı ilhaq etməsi və bunun nəticəsində Şəmşədil və Loru-Pəmbək bölgələrinin rusların əlinə keçməsi anından başlamışdır.
All posts by Rəşad Süleymanov
1918-ci ildə Ermənistan-Gürcüstan müharibəsi və Cənubi Borçalının, Loru-Pəmbək bölgəsinin Ermənistana birləşdirilməsi
1917-ci ildə Rusiyada xalq kütlələrinin genişlənən inqilabi hərəkatı Zaqafqaziya bölgəsində vəziyyətə ciddi təsir göstərdi. Davamını oxu
ŞAMAXI QIRĞINLARI
S.Şaumyanın başçılıq etdiyi Bakı Soveti bolşevik-daşnak ordularının erməni quldur dəstələri ilə birlikdə Şamaxı şəhərində və Şamaxı qəzasında azərbaycanlılara qarşı törətdikləri soyqırımları.
Naxçıvan və Şərur-Dərələyəzdə qırğınlar
XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində azərbaycanlılara qarşı törədilən qırğınların ssenarisi ermənilərin XIX əsrin sonunda Şərqi Anadoluda əldə etdikləri təcrübəyə əsaslanırdı. “Hnçak” və “Daşnaksutyun” partiyalarının silahlı dəstələri azərbaycanlı kəndlərinə hücum edir, qırğınlar törədir, boşaldılmış kəndlərdə Türkiyədən gələn erməni ailələrini məskunlaşdırırdılar.
Davamını oxuMoisey Xorenasidən başlayan erməni saxtakarlığı

Ermənilərin etnogenezi, milli identikliyi, linqvistik xüsusiyyətləri, tarixi və s. haqqında müxtəlif vaxtlarda və bir-birinə zidd olan fikirlər irəli sürülmüşdür. Bəzi müəlliflər ermənilərin tarixi başlanğıcını bəşər sivilizasiyasının ilk çağlarına aparır və onların mənşəyinin bilavasitə Anadolu yaylası və Qafqaz ilə bağlayır, bu ərazilərin avtoxton əhalisinin məhz ermənilər olduğunu iddia edirlər və bu zaman daha çox etibarlı tarixi mənbələrə deyil, həqiqiliyi kifayət qədər şübhə doğuran mifik-dini xarakterli məlumatlara əsaslanırlar.
Davamını oxuZƏNGƏZUR QƏZASI
Rusiya imperiyasına qatılmış Şimali Azərbaycan ərazisində yaradılmış inzibati-ərazi vahidi. Azərbaycanın tarixi vilayətindən biri olan Zəngəzur ərazisində yaradılmışdır. Çar Rusiyasının müstəmləkəçilik siyasəti nəticəsində Qarabağ, Naxçıvan, İrəvan və digər Azərbaycan torpaqları kimi Zəngəzurada İran və Türkiyədən kütləvi şəkildə ermənilər köçürülmüşdü.