1991-ci ilin fevralında Azərbaycan Respublikasının Mədəniyyət Naziri Polad Bülbüloğlunun əmri ilə Şuşada Azərbaycan Dövlət Qarabağ Tarixi muzeyi yaradılmışdır.
All posts by Rəşad Süleymanov
Məhərrəm Zülfüqarlı: “Beynəlxalq qurumların tələbləri ölkəmizə qarşı ikili standartlardan irəli gəlir”
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı tələblərinin araşdırılması ilə bağlı mətbuat konfransı keçirib. Davamını oxu
Azərbaycanda seçkilərlə bağlı beynəlxalq qurumların tövsiyyələrinin təhlili
Elxan Süleymanov,
AVCİYA-nın prezidenti Davamını oxu
Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini minaatan və iriçaplı pulemyotlardan atəşə tutub
Müdafiə Nazirliyi (MN) bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 125 dəfə pozub.
APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Barekamavan, Dovex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Qaymaqlı, Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Novruzlu, Sarıcalı, Kəngərli, Yusifcanlı, Şıxlar, Mərzili, Cəvahirli, Şuraabad, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 186 atəş zərbəsi endirib.
Əliheydər Qasımov: “Reklam sahəsində işləyən adamlar üçün çətin bir dövr gəlib”
1905.az portalının suallarını reklam sahəsinin tanınmış mütəxəssisi Əliheydər Qasımov cavablandırır. Davamını oxu
Elxan Süleymanov qərəzli anti-Azərbaycan qətnamə ilə bağlı Avropa Parlamenti üzvlərinə 2 məktub ünvanladı
Avropa Parlamenti 9 sentyabr 2015-ci ildə Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli qətnamə qəbul etdi. Səsvermə zamanı deputatların 365 nəfəri qətnamənin lehinə, 202 nəfəri əleyhinə səs verdi, 72 nəfəri isə bitərəf qaldı. Bu isə faktiki olaraq qətnaməyə etiraza dəlalət edirdi, çünki 365 AP deputatı təcili qətnamənin lehinə səs versə də, 274 deputat bu qətnaməni dəstəkləmədi. Səsvermənin nəticələri Azərbaycana münasibətdə AP deputatları arasında ciddi fikir ayrılığının olduğunu təsdiq etdi. Davamını oxu