Rusiyada fevral inqilabının qələbəsindən ruhlanan ermənilər millətlərin «təyin-müqəddərat hüququ» adı altında Türkiyənin şərq vilayətləri, şimali və Cənubi Azərbaycanın əraziləri hesabına öz dövlətlərini yaratmağa girişdilər. Davamını oxu
All posts by Rəşad Süleymanov
Ermənilərin törətdikləri Vedibasar qırğınları
XVIII əsrin əvvəllərindən çar Rusiyasının təzyiqi və dəstəyi ilə Azərbaycanın münbit ərazilərində məqsədli şəkildə məskunlaşdırılan ermənilərin özbaşınalığının qarşısının alınmasında, xalqımızın milli müstəqillik uğrunda mübarizə tarixində, xüsusilə ölkəmizin qərbində gedən ictimai-siyasi hadisələrdə xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin böyük xidmətləri olmuşdur. Abbasqulu bəy Şadlinski 1886-cı il fevralın 24-də İrəvan quberniyasının İrəvan qəzasındakı Vedi nahiyəsinin Böyük Vedi kəndində bəy ailəsində dünyaya göz açmışdı. Böyük Vedidə müasir tipli ikisinifli rus-tatar məktəbini yüksək qiymətlərlə başa vuran Abbasqulu bəy əvvəl İrəvan gimnaziyasını, sonra isə Qori Müəllimlər Seminariyasını bitirmişdi. Davamını oxu
Dağlıq Qarabağın Azərbaycan-alban əhalisinin qriqorianlaşması və erməniləşməsinin başa çatması
Dağlıq Qarabağın alban əhalisinin qriqorianlaşması və erməniləşməsi uzun sürən bir tarixi proses olmuşdur: Davamını oxu
Qərbi Azərbaycandan soydaşlarımızın sonuncu deportasiyası
1987-ci ildə Ermənistanda millətçilik çağırışları günü–gündən güclənir, getdikcə açıq şəkil alırdı.Qarabağın Azərbaycandan qoparılması istiqamətində fəal iş aparılır, törədiləcək təxribatların planı hazırlanırdı. Xaricdə və SSRİ-də olan ermənilər planın icrası üçün böyük vəsait toplamışdılar. Hər bir erməninin bu işdə yüksək səviyyədə iştirakı təbliğ olunurdu. Xüsusilə mətbuat, radio və televiziya işçilərinin çevikliyinə böyük diqqət yetirilirdi. Davamını oxu
Ermənilərin Qarabağa köçürülməsi
Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. Davamını oxu
İrəvanın tarixi
…Ermənistanın tarixi abidələri və toponimləri sübut edir ki, azərbaycanlılar min illər boyu bu ərazinin əsas sakinləri olmuşlar. XV-XX əsrlərə dair aşağıdakı gətirilən bir çox tarixi sənədlər Ermənistan azərbaycanlılarının bu ərazidə aborigen əhali olduğunu təsdiq edir.
Davamını oxu