Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. Davamını oxu
All posts by Rəşad Süleymanov
Qaraqoyunlu və Ağqoyunlu dövləti
Hələ VI-VII əsrlərdə Azərbaycan xalqının təşəkkülündə iştirak etmiş oğuz tayfalarından olan qaraqoyunlular bu dövlətin hərbi-siyasi həyatında fəal iştirak edirdilər.
Azərbaycan Atabəyləri (Eldənizlər) dövləti
Səlcuqilər dövlətinin tənəzzülü dövründə yaranmış müstəqil soltanlıqlar öz növbəsində, yeni tip dövlət birliklərini doğurdu. Davamını oxu
Şəddadilər dövləti
Azərbaycanın və bir sıra qonşu ölkələrin hərbi-siyasi tarixində fəal rol oynamış Şəddadilər sülaləsi X əsrin ortalarından XII əsrin sonunadək Cənubi Qafqazın Gəncə, Naxçıvan, Dvin və Ani əmirliklərində hakimiyyət başında olmuşlar. 951-ci ildə Salarilər dövlətində yaranmış ağır vəziyyətdən istifadə edən mənşəcə kürd Şəddadilər sülaləsinin banisi Məhəmməd ibn Şəddad ibn Qurtaq, ondan sonra isə oğulları Əbülhəsən Əli Ləşkəri və Fəzl Salarilərin tabeçiliyində olan torpaqlar uğrunda mübarizəni gücləndirdilər. Davamını oxu
Azərbaycan diasporu: Müasir çağırışlar və sistemli fəaliyyətin təşkili
2016-cı il iyunun 3-4-də Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilib. Mühüm ictimai-siyasi hadisə olan forum həmvətənlərimiz, bütün Azərbaycan xalqı üçün əlamətdar tədbirə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev qurultayı açaraq proqram nitqi ilə çıxış edib. Prezident qurultayı əlamətdar hadisə kimi qiymətləndirərək xüsusi vurğulayıb ki, o, dünya azərbaycanlılarının birləşməsində, onların beynəlxalq geosiyasətin inkişafı istiqamətində fəallaşmasında mühüm rol oynayır. Dövlət başçısı hədəfləri müəyyən edib və qarşıya həlli diaspor təşkilatlarının fəaliyyətini xeyli genişləndirəcək və yaşadıqları ölkədə onların sosial statusunu gücləndirəcək konkret vəzifələr qoyub.