Ermənistan XİN-in növbəti səhv şərhləri ilə əlaqədar vurğulamaq istərdik ki, milyonların kumiri Polad Bülbüloğlu diplomatik işində özünü büruzə verən peşəkarlığı, istedadı və yüksək mənəvi keyfiyyətləri ilə pərəstişkarlarının rəğbətini qazanarkən, Ermənistan XİN-in qondarma “mətbuat katibi”, guman ki, hələ əlifbanı öyrədirdi. Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Davamını oxu
All posts by Rəşad Süleymanov
“Mehriban Əliyeva. Azərbaycanın birinci xanımının fəaliyyəti mətbuat səhifələrində” elektron nəşrinin təqdimatı olub
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında ölkəmizin ictimai-siyasi həyatının mühüm sahələrini özündə əks etdirən müxtəlif layihələrin reallaşdırılması ənənə halını alıb. Davamını oxu
Daimi nümayəndəlik: İşğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması münasibətlərin normallaşmasına yol açacaq
“Həll edilməmiş münaqişələr regionun təhlükəsizlik və inkişafına ən ciddi təhdid olaraq qalır. Mayın 16-da Vyanada keçirilmiş sonuncu yüksək səviyyəli görüş Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli perspektivlərinin canlanması üçün yaxşı imkan yaratdı. Biz hazırki status-kvonun davamsız və qəbuledilməz olması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrliyinin fikirləri ilə tamamilə razıyıq. Çünki kövrək status-kvo ciddi eskalasiyaya səbəb olur”. Davamını oxu
Manna çarlığı
Mannanın adı ilk dəfə e.ə. 843-cü ildə Aşşur salnaməsində qeyd olunur. Aşşur və Urartu dövlətləri arasında Urmiya ətrafı ərazilərə yiyələnmək uğrunda daimi mübarizə şəraitində Manna dövləti öz müstəqilliyini saxlamağa çalışmışdır. Mannanın çiçəklənməsi çar İranzunun hakimiyyəti illərinə təsadüf edir.
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 8-də Xocavənd rayonu Kuropatkino kəndinin şərqindən keçən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Davamını oxu
Son 2 ayda Azərbaycanda 1500-dən çox partlamamış hərbi sursat tapılıb
Son 2 ayda Azərbaycanda 1500-dən çox partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.
Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. Davamını oxu