“Ölkəmizə qarşı uzun illərdir dünyanın güc dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən edilən və hazırda da davam edən qlobal siyasi təzyiqlər fonunda AVCİYA-nın bu petisiyasına ABŞ tərəfindən obyektiv münasibət bildirilməsi məndə ciddi şübhələr yaradır”. Davamını oxu
All posts by Rəşad Süleymanov
1905.az portalı “KOS Expo 2016” sərgisində
Mayın 27-də Bakı Biznes Mərkəzində “İpək yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “KOS Expo 2016” sərgisi və “İqtisadi islahatlar və universitet-sənaye əməkdaşlığı” konfransı keçirilir. Sərgidə təhsil, inşaat, İT, səhiyyə, reklam, qida və s. sektorları təmsil edən 70-dək şirkət öz məhsullarını, onlara ayrılan stendlərdə nümayiş etdir. 2 panel üzrə keçirilən konfransın I panelində “İqtisadi islahatlar və ixracın artırılması yolları”, II paneldə isə “Universitet-iş dünyası əməkdaşlığı və iqtisadi inkişaf üçün innovativ mühitin formalaşdırılması yolları” müzakirə edilir. Konfransda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında “Bilik Fondu”, Azərbaycan Dövlət İqtisad Universiteti, Qafqaz Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və s. nümayəndələri çıxış edib. Sərgi-Konfransın əsas məqsədlərindən biri Universitet – İş dünyası arasındakı münasibətlərin qurulmasında vasitəci olmaqdır. Davamını oxu
Los-Ancelesdə Xocalı soyqırımına dair kitab nəşr olunub
ABŞ-ın yarım milyon erməninin yaşadığı Los-Anceles vilayətində Xocalı soyqırımına və Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinə dair kitab nəşr olunub. Kitab tanınmış “Floricanto Press” nəşriyyatı tərəfindən çap edilib. Davamını oxu
Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ildə “Dünyada ilin adamı” seçilib
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci ildə “Dünyada ilin adamı” seçilib. Davamını oxu
Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi mənəvi genosid
Yaxın Şərqin qapısı sayılan Odlar yurdu Azərbaycan bəşər sivilizasiyasının yarandığı ilk mərkəzlərdən biridir. Bunu arxeoloji qazıntılar zamanı aşkarlanmış çoxsaylı maddi mədəniyyət nümunələri təsdiqləyir. Tarixən Asiyanı Avropa ilə birləşdirən karvan-ticarət yolları, o cümlədən İpək yolu Azərbaycandan keçmişdir. Tutduğu geostrateji mövqeyə görə hər zaman dünya maraqlarının toqquşduğu məkan olmuşdur. Müxtəlif dövrlərdə bir çox imperiyaların tərkibinə daxil olsa da, müəyyən vaxtlarda müstəqillik əldə etmiş və özünə məxsus mədəniyyətin yaradıcısı kimi millətlər arasında layiqli yerini tutmuşdur. Davamını oxu
Erməni təcavüzünün mərhələləri
Erməni millətçiləri XIX əsrin sonunda – 1885-ci ildə Marseldə Armenakan, 1887-ci ildə Cenevrədə Qınçaq, 1890-cı ildə isə Tiflisdə Daşnaksütun partiyalarını yaratdılar. Bundan sonra “Böyük Ermənistan” yaratmaq iddiaları yeni mərhələyə qədəm qoydu. Davamını oxu