All posts by Rəşad Süleymanov
Baş nazirin müavini: “Ermənilərin atəşi nəticəsində 450-dən çox məcburi köçkün evi zərər çəkib”
Baş nazirin müavini, Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdam və Füzuliyə səfər edib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ə. Həsənov əvvəlcə Füzuli rayon Bala Bəhmənli kəndi ərazisində məcburi köçkünlər üçün yeni inşa olunan köçkün şəhərciyinə gedərək tikinti işləri ilə tanış olub. Davamını oxu
Almaniya Bundestaqının deputatları Dağlıq Qarabağ münaqişəsinə dair bəyanatla çıxış ediblər
Almaniya Bundestaqının Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrents və müavini Yohannes Kahrs mayın 16-da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair bəyanatla çıxış ediblər. Davamını oxu
Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş hərbi qulluqçuların təltifləri ailə üzvlərinə təqdim edilib
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2016-cı il 19 aprel tarixli Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri şəxsi igidliyə görə polkovnik-leytenant Mirzəyev Murad Telman oğluna və mayor İmanov Samid Gülağa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Davamını oxu
Cəbhə bölgəsində yeni tikilən hərbi hissə istifadəyə verilib
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən ön xətdə yerləşən birləşmənin taboru üçün yeni tikilərək müasir avadanlıqlarla tam təchiz edilən hərbi hissə istifadəyə verilib. Davamını oxu
Monitorinq baş tutdu
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 11-də Goranboy rayonu Tapqaraqoyunlu kəndinin qərbindən keçən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.