Azərbaycanla Ermənistan arasında atəşkəsin bərpa olunması ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, aprelin 26-sı gecə saatlarından başlayaraq Ermənistan silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini və qoşunların təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrini iri çaplı silahlardan – “Qrad” qurğuları, toplardan intensiv şəkildə atəşə tutublar. Nəticədə Ağdam rayonunun 1 sakini həlak olub, 4-ü ağır olmaqla 8 nəfər yaralanıb. Bundan başqa, yalnız bu üç gün ərzində 100-dən artıq evə ziyan dəyib, onlarla ev dağıdılıb və yaşayış üçün yararsız vəziyyətə düşüb, əhalinin mülkiyyətinə, təsərrüfatına, habelə inzibati binalara, kommunal infrastruktura ciddi ziyan vurulub. Davamını oxu
All posts by Rəşad Süleymanov
İSESKO-nun baş katibi: Son toqquşmalara görə məsuliyyət Ermənistanın üzərinə düşür
Ermənistan BMT-nin Azərbaycan torpaqlarının işğalının dayandırılması ilə bağlı 4 qətnaməsini heç vaxt reallaşdırmağa hazırlaşmayıb. Davamını oxu
BMT baş katibi: “Münaqişələri yaradan səbəblərin aradan qaldırılmasına çalışmalıyıq”
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində BMT-nin baş katibi Pan Gi Munun iştirakçılara videomüraciəti nümayiş olunub. Davamını oxu
Harlem Desir: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi Madrid prinsiplərinə əsaslanmalıdır”
APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Fransa siyasi rəhbərliyinin çağırışı gərginliyin azaldılması ilə bağlıdır, çünki vəziyyət həddindən artıq gərgindir və partlayış həddinə çatıb: “Müharibə həm hərbi qulluqçular, həm də mülki əhali arasında çoxsaylı itkilərə səbəb olub. Mən elə buna görə buradayam və danışıqlar prosesinin yenilənməsi ilə bağlı mesaj gətirmişəm. 25 mindən çox insanın ölməsi ilə nəticələnən 30 illik münaqişəni dondurulmuş olaraq xarakterizə etmək olmaz. Hər il yeni qurbanlar olur, daha çox insan qaçqın vəziyyətinə düşür”.
H. Desir bildirib ki, Fransa digər həmsədr ölkələr kimi münaqişənin yekun həlli ilə bağlı səylərini əsirgəmir. “Rusiyalı və amerikalı həmsədrlərlə birlikdə Fransa Madrid prinsiplərinin – gücdən istifadə etməmək, ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etmək prinsiplərinin reallaşdırılması üçün səylər göstərir. Münaqişənin tənzimlənməsi bu üç prinsipə əsaslanmalıdır ”,- deyə H. Desir qeyd edib.
Dövlət naziri əlavə edib ki, hazırda prioritet olan atəşkəs rejiminin möhkəmləndirilməsi və ona nəzarət mexanizminin tətbiqidir: “ATƏT-in Minsk qrupunun həmsədrləri hesab edirlər ki, atəşkəs mexanizminə ciddi şəkildə riayət edilməlidir və ona nəzarət mexanizmi olmalıdır. Bu nəzarət mexanizmi beynəlxalq ictimaiyyətin himayəsi altında həyata keçirilməlidir. Bunu ATƏTmüşahidəçiləri, elektron cihazlar və digər vasitələrlə həyata keçirmək olar”.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Uorlik: “Biz inanırıq ki, mümkün qədər tez bir zamanda danışıqlar masasına oturmaq tərəflərin marağındadır”
“Həmsədrlərin regiona səfəri aprelin 5-dən tətbiq edilən atəşkəsi gücləndirdi”.
Bunu APA-ya açıqlamasındaATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
O bildirib ki, həmsədrlər həmçinin tərəfləri hərtərəfli sülh sazişi üçün dərhal danışıqlara daxil olmağa çağırıb: “Biz danışıqların başlanmasına aktiv şəkildə hazırlaşırıq. Lakin hazır olmaqla bağlı qərar prezidentlərdən asılıdır. Biz güclü şəkildə inanırıq ki, mümkün qədər tez bir zamanda danışıqlar masasına oturmaq tərəflərin marağındadır”.
C. Uorlik təmas xəttində meyitlərin mübadiləsi məsələsində həmsədrlərin rolu məsələsinə də toxunub: “Regiona səfərimiz zamanı biz BQXK nümayəndələri ilə meyitlərin mübadiləsi işində kömək etmək üçün görüşdük. Biz BQXK və ATƏT Monitorinq Missiyasını bu humanitar nailiyyəti bacardıqları, tərəfləri də buna razılıq verdikləri üçün alqışlayırıq. Bizə məlum olduğuna görə bütün meyitlər artıq repatriasiya olunub”.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Erməni silahlı bölmələri sutka ərzində atəşkəs rejimini ümumilikdə 143 dəfə pozub
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 143 dəfə pozub. Davamını oxu