Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub. Davamını oxu
All posts by Rəşad Süleymanov
“Jewish Journal” qəzeti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən bəhs edir
AZƏRTAC xəbər verir ki, müəllif sülhməramlı millətlərin təhlükəsizliyini qorumaq üçün dəstək göstərilməsinin vacibliyini vurğulayıb. Məqalədə Ermənistanın Azərbaycana qarşı əsrlərdən bəri davam edən soyqırımı, etnik təmizləmə siyasəti barədə ətraflı məlumat verilir. Bildirilir ki, beynəlxalq birlik Ermənistanın Azərbaycan ərazinin 20 faizini işğal altında saxlamasının tamamilə qanunsuz olduğunu dəfələrlə bəyan edib və hələ 1990-cı illərin əvvəllərində Azərbaycan xalqına qarşı törədilən cinayətlər bu işğalın başlanğıcıdır. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları insanlığa qarşı törədilən bəşəri cinayətdir. 1990-cı illərdə törədilən vəhşiliklər bir milyona yaxın azərbaycanlının öz torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Bu günlərdə ermənilər ötən əsrin sonlarındakı kimi, yenə də mülki əhaliyə qarşı zorakılıqlar törətdilər.
Məqalədə bildirilir ki, yaranmış hazırkı vəziyyət İsrailin də təcili olaraq öz səsini qaldırmasını zəruri edir. İsrail Prezidenti Reuven Rivlin 25 il bundan əvvəl Dağlıq Qarabağda törədilənləri soyqırımı adlandırıb. Bu işğalçılıq siyasəti hələ də davam edir.
Müəllif məqalədə İsrail ilə Azərbaycan arasında mövcud olan əlaqələrdən də söhbət açır. Bildirir ki, Azərbaycan və İsrail arasında 20 ildən artıqdır strateji müttəfiqlik mövcuddur. Yəhudi icması bu nadir və cəsur müttəfiqliyi qorumalıdır. Azərbaycanda yəhudilər uzun illərdən bəri sülh şəraitində yaşayırlar. Bu ölkə bir daha dünyaya bəyan edir ki, müsəlman, yəhudi və xristianlar birgə uzunmüddətli sülh və əmin-amanlıq şəraitində yaşaya bilərlər.
Azərbaycan qəzeti, 20 aprel 2016-cı il
Erməni silahlı bölmələri sutka ərzində atəşkəs rejimini ümumilikdə 121 dəfə pozub
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 121 dəfə pozub. Davamını oxu
Erməni jurnalisti Ermənistanı əhəmiyyətsiz ölkə adlandırdı
Ermənistanın Rusiya üçün heç bir dəyəri yoxdur. Rusiya Ermənistandan özünə lazım olanı əldə edib. Biz isə bunun əvəzində heç nə əldə etməmişik. Gözlədiyimiz yalnız təhlükəsizliyimizin təmini idi. Ancaq bunun xülya, uşaq arzusu olduğunu gördük.
Worldmedia.az xəbər verir ki, bu sözləri Artur Gazinyan Yelaket.am saytında yazıb. Rusiyanın Ermənistanın təhlükəsizliyi naminə öz milli, dövlət maraqlarından imtina edəcəyini gözləmək xam xəyal idi. Rusiya Azərbaycanı qazanmaq istəyir. Çünki Azərbaycan ona çox şey verə bilər. Amma Azərbaycan bizim kimi sadəlövh deyil ki, Rusiyanın istədiklərini ona havayı versin. Azərbaycan bunun üçün çox böyük qiymət tələb edir.
Azərbaycan nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, nə də Avrasiya İqtisadi İttifaqına üzv olub. O, sadəcə MDB-nin formal üzvüdür. Amma Azərbaycanın nefti, təbii qazı, zəngin resursları var. Üstəlik o, Türkiyə ilə mehriban, yaxın dostluq münasibətlərinə malikdir. Azərbaycan iqtisadiyyatına qoyulmuş Rusiya investisiyaları da çox deyil və demək olar ki, hər hansı təsir imkanına malik deyil.
Beləliklə, Rusiya üçün Azərbaycanın əhəmiyyəti Ermənistanla müqayisədə dəfələrlə böyükdür. Odur ki, Rusiyaya qısılmaq lazım deyil. Çünki Rusiya yalnız öz maraqları ilə hərəkət edir.
Dağlıq Qarabağla bağlı petisiya layihəsi çərçivəsində Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüş olub
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Barak Obama administrasiyasına ünvanlanan Dağlıq Qarabağla bağlı “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiya layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüşüb.
APA-nın məlumatına görə, akademiyanın rektoru Urxan Ələkbərov “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiya layihəsinin əhəmiyyətindən, AVCİYA rəhbərliyinin beynəlxalq fəaliyyətindən danışıb.
AVCİYA-nın sədri, millət vəkili Elxan Süleymanov bildirib ki, Ağ Evin saytında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı petisiyada imzaların sayı 100 mini keçib: “Bu, bizim üçün böyük uğurdur. Bizim çağırışımıza qoşulan, dəstək olan bütün həmvətənlərimə təşəkkürümü bildirirəm. Dövlət İdarəçilik Akademiyası Azərbaycanın ictimai-siyasi idarəçiliyində öz yeri olan əhəmiyyətli təhsil olacaqlarından biridir. Bu akademiyada təhsil alan hər kəsi fəal olmağa, səsimizə səs verməyə çağırıram”.
Assosiasiya sədri bildirib ki, səsvermədə 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Müraciətə qoşulanlar Obama administrasiyasını AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə, bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırırlar.
Qeyd edək ki, Ağ Evin saytında açılmış petisiyaya qoşulmaq üçün https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe linkinə daxil olmaq lazımdır.
Erməni silahlı bölmələri sutka ərzində atəşkəs rejimini ümumilikdə 115 dəfə pozub
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 115 dəfə pozub. Davamını oxu