Müdafiə nazirliyi bildirir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 18-də Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
All posts by Rəşad Süleymanov
MALİ MALI
Deyilənə görə çox yaxşı pal-paltar İtaliyada, əsl hörmətə layiq maşınlar da Almaniyada istehsal olunur. Əlbəttə, axtarsan Fransada da, İngiltərədə də və başqa-başqa adı ürəyəyatan ölkələrdə də kefiniz istəyən qədər kostyum da tikirlər, maşın da buraxırlar. Amma, “italyanski” ayaqqabı bam-başqadır. “Nemetski” avtomobillər də ki, dünya dördtəkərliləri arasında özünü çoxdan təsdiq eləmiş, indi dəbdə olan tərzdə desək, birinciliyi haqq eləyən maşınlardı.
Birmənalı şəkildə deyə bilərık ki, çağdaş dünyada kostyum tikilməsi və maşın istehsalı kimi nəcib işlərlə yanaşı başqa işlər də görülür. Və bu işlərin içində xoşagəlməz işlər çoxdur. Özü də bu xoşagəlməz işlərin görülməsi sahəsində ixtisaslaşan ölkələr də var. Və belə ölkələrdən biri də deyəsən Malidir.
Hərbi Prokurorluq: Xocalı soyqırımını törədən 39 nəfər axtarışa verilib
“İndiyə qədər Xocalıda soyqırım törədənlərdən 39 nəfərin cinayət məhsuliyyətinə cəlb edilməsi üçün məhkəmələr tərəfindən barələrində həbs qətimkan tədbiri seçilib, axtarışa veriliblər”.
Trend-in məlumatına görə, bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Rauf Məmmədov Milli Məclisdə keçirilən “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” adlı tədbirdə deyib. Davamını oxu
Avropa Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin müraciətinə baxmaqdan imtina edib
“Avropa İnsan Hüquqları Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin müraciətinə baxmaqdan imtina edib”.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Azərbaycan Prezident Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov Milli Məclisdə keçirilən “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” adlı tədbirdə deyib. Davamını oxu
Rəcəbəli Sultanov: “Bu fəxri ad döşümə sanca biləcəyim quru metal parçasından başqa bir şey deyil”
Suallarımızı SSRİ-nin fəxri neftkimyaçısı Rəcəbəli Sultanov cavablandırdı.
– Rəcəbəli müəllim, necə oldu ki, neftçi olmaq qərarına gəldiniz?
Azərbaycanın Xocalı soyqırımı ilə bağlı Haaqa məhkəməsinə müraciət edə bilməməsinin səbəbi açıqlanıb
Azərbaycanın Xocalı soyqırımı ilə bağlı beynəlxalq Haaqa məhkəməsinə müraciət edə bilməməsinin səbəbi açıqlanıb.
APA-nın məlumatına görə, bu barədə bu gün Milli Məclisdə keçirilən “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” adlı tədbirdə Milli MəclisAparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov bildirib. O deyib ki, bunun səbəbi Haaqada yerləşən məhkəmədə sırf bu məsələ ilə bağlı orqanın olmamasıdır: “Orada Yuqoslaviya hadisəsi ilə bağlı məhkəmə fəaliyyət göstərir ki, bu, sırf 90-cı illərin əvvəlində orada baş verən hadisələri araşdırır. Ruanda hadisəsi ilə bağlı tribunal da var. Livanın baş nazirinə qarşı sui-qəsdlə bağlı da məhkəmə var. Bir də beynəlxalq cinayət məhkəməsi fəaliyyət göstərir ki, bu da 2000-ci ildən sonrakı hadisələri araşdırır. Çox təəssüf ki, Xocalısoyqırımını araşdıra biləcək hüquqi orqan yoxdur. Bir nəfərin ölümü ilə bağlı orada məhkəmə orqanı var, amma belə kütləvi soyqırımı ilə bağlı yoxdur. Bu, ikili standartların nəticəsidir”. Davamını oxu