All posts by Rəşad Süleymanov
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 92 dəfə pozub.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Yusifcanlı,Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 99 dəfə atəş zərbəsi endirib.
AŞPA Siyasi Məsələlər Komitəsində işğal edilmiş Azərbaycan ərazilərində gərginliyin artmasına dair məruzə müzakirə edildi
Elxan Süleymanov,
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü
Noyabr ayının 4-də Parisdə AŞPA-nın Siyasi Məsələlər üzrə Komitəsinin iclası keçirildi. İclasda məruzəçi Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı məruzə müzakirə edildi. Diqqətə çatdırmaq istərdim ki, mən 2014-cü ildə işğal edilmiş Azərbaycan ərazilərini işğal etdiyinə və uzun illər ərzində işğal altında saxladığına görə Ermənistana sanksiyaların tətbiq edilməsini tələb edən 2 qətnamə layihəsi təqdim etdim. Biz AŞPA rəhbərliyi və qurum daxilində fəaliyyət göstərən anti-Azərbaycan qüvvələrin güclü təzyiqləri ilə qarşılaşdıq. Buna baxmayaraq, qətiyyətli mübarizə nəticəsində məruzənin hazırlanması barədə qərarın qəbul edilməsinə nail ola bildik. Davamını oxu
Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində gərginliyin artmasına dair məruzə müzakirəyə çıxarılacaq
Elxan Süleymanov,
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü
Noyabr ayının 4-də AŞPA-nın Siyasi Məsələlər üzrə Komitəsinin iclası keçiriləcək. İclasda məruzəçi Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı məruzə müzakirəyə çıxarılacaq. Davamını oxu
AŞPA seçki müşahidə missiyasının Azərbaycanda keçirilmiş 1 noyabr 2015-ci il parlament seçkiləri ilə bağlı qiymətləndirməsi haqqın və ədalətin zəfəridir
Şamaxının Millət Vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü
Avropa Parlamenti, ATƏT PA və ATƏT/DTİHB Azərbaycanda 1 noyabr seçkilərini müşahidə etməkdən imtina etdilər. Bununla kifayətlənməyən bu beynəlxalq qurumlar AŞPA-ya da bu seçkiləri müşahidə etməkdən yayındırmaq üçün güclü təzyiqlər etdilər. Bu ədalətsiz təcridin yeganə məqsədi dünyada Azərbaycanın mənfi imicini formalaşdırmaq, insan hüquqları bəhanəsi ilə ölkəmizə siyasi təzyiq etmək, stabilliyi pozmaq, işğal edilmiş torpaqlarımızı bizlərə unutdurmaqdır. Davamını oxu
Mina partlaması nəticəsində üç hərbi qulluqçumuz xəsarət alıb
Tovuz rayonu ərazisindəki qoşunların təmas xəttində mina partlaması nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu xəsarət alıb. Davamını oxu