
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 2022-ci ildə həyata keçirdiyi layihələri mədəniyyət paytaxtımız Şuşa şəhərinə həsr edib.
AVCİYA-nın prezidenti Elxan Süleymanovun AZƏRTAC-a verdiyi məlumata görə, bu günlərdə Assosiasiyanın “Şuşa İli”ndə gerçəkləşdirdiyi layihələr çərçivəsində 4 yeni kitab işıq üzü görüb.
Oxuculara təqdim edilən “Şuşa: müxtəsər tarix (1752-2022)” kitabının müəllifi AVCİYA-nın vitse-prezidenti, tarix üzrə elmlər doktoru, professor Məhərrəm Zülfüqarlıdır.
“Şuşa: ədəbi-mədəni mühit” kitabının müəllifi AVCİYA-nın vitse-prezidenti, filologiya elmləri doktoru, professor Asif Hacılıdır.
“İkinci Qarabağ müharibəsi və yeni geosiyasi reallıqlar” kitabının müəllifləri AVCİYA-nın eksperti, siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev və AVCİYA-nın üzvü, Leyden Universitetinin magistrı Emin Sevdimalıyevdir.
AVCİYA-nın “Şuşa İli”ndə gerçəkləşdirdiyi layihələr çərçivəsində işıq üzü görən dördüncü kitabı “Bizim Şuşa (söhbətlər)” adlanır. Kitaba Assosiasiyanın “1905.az” portalının redaksiyasında cari təqvim ilində, yanvarın 26-dan oktyabrın 10-a kimi baş tutmuş söhbətlər daxil edilib. Şuşa ilə bağlı ən müxtəlif mövzuların onlarla mütəxəssisin iştirakı ilə müzakirəsinin materialları əsasında hazırlanmış bu nəşrin tərtibçisi “1905.az” portalının direktoru Fuad Babayevdir.
AVCİYA prezidenti Elxan Süleymanov, həmçinin qeyd edib ki, assosiasiyamızda Şuşanın 270 illik tarixinin ən mühüm məqamlarından söhbət açacaq daha bir layihə üzərində iş gedir. Bu layihə çərçivəsində hazırlanan kitab-albom da bir neçə həftədən sonra oxucu auditoriyasına təqdim ediləcək.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









