
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 26 sentyabr 2016-cı il tarixdə Konstitusiyaya təklif olunan dəyişiklik və əlavələrlə bağlı Referendumun 3000 müşahidəçi ilə monitorinqini təşkil edəcək. Müşahidəçilərin Referendum günü prosesin monitorinqini yüksək səviyyədə təşkil etmələri üçün AVCİYA Seçki Qərargahı daha 6 rayonda – Gəncə, Göygöl, Daşkəsən, Bərdə, Tərtər və Goranboyda müşahidəçilər üçün treninqlər keçirib.
AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının rəhbərliyi ilə keçirilən treninqlərdə referendumqabağı ictimai-siyasi mühit təhlil edilib, Azərbaycanda keçirilmiş referendumlar barədə geniş məlumat verilib, müşahidəçilərin hüquq və vəzifələri izah olunub. Tədbirlərin sonunda iştirakçıların sualları cavablandırılıb.
Tədbirlərdə müşahidəçilərlə yanaşı, AVCİYA Seçki Qərargahının əməkdaşı Cavid Camalov, AVCİYA-nın Gəncə regional nümayəndəliyinin rəhbəri Muxtar Əsədov, Bərdə regional nümayəndəliyinin rəhbəri Xaliq Məmmədov və digər rayonlarla bağlı koordinatorlar iştirak edib.
Xatırladırıq ki, daha öncə treninqlər Şirvan, Hacıqabul, Sabirabad, Zaqatala, Balakən və Qax rayonlarında keçirilmişdi.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









