İyunun 21-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Milli Mətbuat Günü ərəfəsində “Ermənistanın Azərbaycana təcavüzü media gündəmində” mövzusunda keçirdiyi müsabiqəyə yekun vurdu.
Müsabiqənin məqsədi Ermənistanın Azərbaycana təcavüzünün tarixi və mövcud durumunu kütləvi informasiya vasitələrində geniş işıqlandırmaqdan, potensial oxucu və tamaşaçı auditoriyasının vətənpərvərlik ruhunu daha da yüksəltməkdən ibarət idi.
Peşəkar münsiflər heyəti 50-dən artıq müəllifin müsabiqəyə göndərdiyi 90-dan çox məqalə, müsahibə, film və süjeti qiymətləndirib. Mükafatlandırma mərasimini açan AVCİYA-nın təmsilçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev qaliblərə AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun təbriklərini çatdırdı, diplom və pul mükafatlarını sahiblərinə təqdim etdi. Nəcibə Mustafayeva (Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi), Şirməmməd Nəzərli (“Salamnews”) I yerə, Rafiq Oday (Gundelik.info) və Elşad Məmmədli (“Yeni Müsavat”) II yerə, Leyla Məhərrəmova (“Azadinform”), Miri Məcidli (“Femida.az”), İlham Cəmiloğlu (“Modern.az”), Ceyhun Əhmədli (“Femida.az”) III yerə, Elnur Eltürk (“Faktor.az”), Murtəza Bünyadlı (“Gununsesi.info”), Əli Zülfüqaroğlu (“Xalqcebhesi.az”), Asəf Quliyev (“Lent.az”), Vüqar Əsgərov, Fuad Hüseynzadə (“Palitra” qəzeti), Anar Turan (“Xalq qəzeti”) müsabiqənin xüsusi dplomuna layiq görülüblər.

















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









