Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı Prezident seçkiləri ilə əlaqədar növbəti seminarları Gəncə, Göygöl, Daşkəsən, Tovuz rayonlarının seçki fəalları üçün keçirib. Tədbirlərin keçirilməsində məqsəd regionlarda əhalinin seçki fəallığının artırılması və müşahidəçilərin maarifləndirilməsidir.
Tədbirlərdə AVCİYA-nın fəaliyyəti haqqında qısa informasiya verilib. Daha sonra Seçki Qərargahının Fəaliyyət Proqramı, seçki öncəsi ictimai-siyasi vəziyyət, seçkini müşahidə edəcək xarici qurumlar barədə tədbir iştirakçıları məlumatlandırılıb. Daha sonra AVCİYA Seçki Qərargahının rəhbəri t.ü.f.d., dosent Məhərrəm Zülfüqarlı Prezident seçkilərinin monitorinqini həyata keçirəcək müşahidəçilərə təlimlər keçib.
Tədbirlərdə həmçinin AVCİYA Seçki Qərargahının üzvü Elvin Bədəlli, AVCİYA Gəncə Regional ofisinin rəhbəri Muxtar Əsədov, rayon koordinatorları və yerli KİV nümayəndələri iştirak ediblər.
AVCİYA Seçki Qərargahı növbəti seminarları Lənkəran, Cəlilabad, Masallı və Astara rayonlarının seçki fəalları üçün keçirəcək.
AVCİYA Seçki Qərargahı Mətbuat Xidməti



















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









