Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Orta məktəb şagirdləri və psixoloqları üçün təlimlərin təşkili” layihəsinin icrasına başladı.
AVCİYA bu layihə ilə məktəblilərin psixoloji reabilitasiyasını, onlara psixologiya elminin predmeti və vəzifələrinin çatdırılmasını, məktəblərdə psixoloqların rolunun artırılmasını, məktəblilərdə özünüdərkin inkişaf etdirilməsi, onların fərdi xüsusiyyət və keyfiyyətlərini ifadə etmələrinə şərait yaradılmasını planlaşdırır.
Bu məqsədlə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə Bakı şəhərində yerləşən orta məktəblərdə təhsil alan ümumilikdə 400 məktəbli, eləcə də məktəb psixoloqları üçün təlimlər keçiriləcəkdir. Təlimlərdə “psixologiya elmi nəyi öyrənir və psixi proseslər haqqında anlayış”, “mən dünyanı necə dərk edirəm, hisslər və onların əhəmiyyəti, ünsiyyət zamanı mimika və pantomimika, ünsiyyət və ona olan ehtiyac, ünsiyyət və münaqişə”, “mən kimdir? Fərdi və şəxsiyyət, temperament və xarakter”, “qabilliyyətlərim, şəxsiyyət, fərd, fərdi xüsusiyyətlər nədir?”, “uşaq və yeniyetmələrin əsas psixoloji problemləri, özünüaktuallaşdırma, stress, depressiya, aqressiya, psixoloji tənhalıq” və sair bu kimi mühüm mövzular, habelə təhsilin insan həyatında rolu, təhsilə marağın vacibliyi məsələləri müzakirə ediləcək.Təlimlərdə qrup işi, əqli həmlə, mini mühazirə, müxtəlif psixoloji çalışmalar, rol oyunları kimi metodlardan istifadə ediləcəkdir.
MƏTBUAT XİDMƏTİ
31.05.2018

















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









