Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı 09 fevral 2020-ci il Milli Məclisə növbədənkənar seçkilərin ölkə üzrə monitoriniqini həyata keçirir.

Assosiasiya bununla əlqədar FƏALİYYƏT PROQRAMI əsasında mərhələlərlə aşağıdakı işləri həyata keçirir:
- AVCİYA-nın regional ofislərinin yenidən təşkili;
- Seçkiqabağı siyasi mühitin monitorinqi;
- “Seçki məcəlləsi”nə dəyişiklərlə bağlı tövsiyələrin hazırlanması;
- Parlament seçkilərinə aid beynəlxalq təcrübənin öyrənilməsi;
- Söz və mətbuat azadlığı monitorinqi;
- Parlament seçkilərinə aid qanunvericilik bankının yaraldılması;
- KİV-in monitorinqi;
- Sərbəst toplaşmaq azadlığının monitorinqi;
- Namizədlərin irəli sürülməsi, qeydə alınması prosesinin müşahidəşi;
- Seçici siyahılarının monitorinqi;
- Təbliğat və təşviqat kampaniyasının müşahidəsi;
- Seçki administrasiyasının fəaliyyətinin monitorinqi;
- Broşura və bülletenlərin hazırlanması və yayılması;
- Regionlarda seçici fəaliğının artırılması üçün maarifçilik işlərinin təşkili;
- Seçki günü məntəqələrdə seçki prosesinin müşahidəsinin təşkili;
- Seçkidən sonra ilkin rəyin açıqlanması;
- AVCİYA Seçki Qərargahının fəaliyyəti ilə bağlı KİV-ə mütəmadi məlumatlar verilməsi və s.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 2004-cü ildən başlayaraq hazırki dövrə qədər keçirilmiş bütün seçkilərin və referndumun monitorinqini təşkil edib. AVCİYA seçkilərin şəfaf keçirilməsinə yardım etmək məqsədilə bu günə kimi bir sira metodik vəsait və 20 kitabça nəşr etdirib. Milli Məclisə növbədənkənar seçkilərlə bağlı müşahidəçilər üçün yaddaş kitabçasının nəşri də nəzərdə tutlur. AVCİYA seçki ərəfəsi FƏALİYYƏT PROQRAMI əsasında gördüyü işlərlə bağlı Aralıq Hesabatın təqdimatını da keçirməyi planlaşdırır.
AVCİYA Seçki Qərargahı
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









