Ermənilərin Azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım cinayətlərinin başlanmasının 110 illiyi ilə bağlı AVCİYA-nın genişmiqyaslı lahiyəsi haqqında açıqlama:
XVIII-əsrin sonlarından başlayaraq Çar Rusiyası Cənubi Qafqaz ərazilərini özünə birləşdirməyə başladı.
İmperiya siyasəti nəticəsində Azərbaycan torpaqları parçalandı və Azərbaycan xalqı bölünmüş xalqa çevrildi. Bu birləşdirmənin əsas nəticələrindən biri də ermənilərin kütləvi şəkildə Yaxın Şərq ölkələrindən Azərbaycan torpaqlarına köçürülməsi oldu. Cənubi Qafqaza köçürülən ermənilər Çar Rusiyası tərəfindən məqsədli şəkildə strateji əhəmiyyət kəsb edən Azərbaycan torpaqları olan Naxçıvanda, Göyçə gölünün ətrafında, Qarabağın dağlıq hissəsində məskunlaşdırıldılar. Azərbaycan torpaqlarına köçürülmüş ermənilər imperiya qüvvələrinin təhriki ilə öz mövqelərini möhkəmlətmək üçün yerli azərbaycanlı əhaliyə qarşı silahlı basqınlara başladılar. Erməni basqınları əvvəllər xaotik, təsadüfi xarakter daşısada, sonradan, 1905-ci ildən silahlı basqınlar düşünülmüş, planlaşdırılmış və kütləvi xarakter daşımağa başladı. 1905-1907-ci illərdə ermənilər Azərbaycan ərazilənridə onlarla genişmiqyaslı qanlı əməliyyatlar həyata keçirmiş, azərbaycanlılara məxsus yüzlərlə yaşayış məntəqəsini yerlə yeksan etmiş, minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirərək soyqırım törətmişlər. 1905-1906-cı ilin soyqırım xronologiyasına diqqət yetisək görərik ki, Bakıda, İrəvanda, Gəncədə, İrəvan qəzasına adi kəndlərdə, Naxçıvan qəzasında, Şərur-Dərələyəzdə, Şərurda, Eçmiədzin qəzasında, Sürməli qəzasında, Ərəş qəzasında, Şuşa qəzasında, Xocalıda, Cavanşir qəzasında, Zəngəzur qəzasında, Qazax qəzasında, Tiflis şəhərində kütləvi qırğınlar törtəmişlər. Ümumiyyətlə, 1905-1906-cı illərdə ermənilər İrəvan və Yelizavetpol (Gəncə) quberniyaları ərazisində 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran etmiş, əhalisini etnik təmizlənməyə və soyqırıma məruz qoymuşdular. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım sonrakı dövrlərdə də davam etdirildi, tarixi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradıldıqdan sonra isə bu soyqırım siyasəti Ermənistan dövləti səviyyəsində davam etdirilmişdir. Ermənilərin törətdikləri qanlı cinayətlər Cənubi Qafqazın etnik azərbaycanlılara məxsus olan bütün yaşayış məntəqələrini əhatə etmiş və bu cinayətlər nəticəsində son yüz il ərzində 2 milyondan artıq azərbaycanlı öz tarixi torpaqlarından didərgin salınmış, xüsusi qəddarlıqla soyqırıma məruz qalmışdılar… Qarşıdan gələn 2015-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi soyqırım aktlarının, cinayətlərin və qırğınlarının 110 illiyi tamam olur. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyası (AVCİYA) bununla bağlı ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım cinayətlərinin, erməni xislətinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində genişmiqyaslı layihəyə start verib. Layihənin portalı www.1905.azünvanında fəaliyyətə başlayıb. BMT-nin işçi dilləri və region dövlətlərin də dilləri daxil olmaqla 12 dildə olan sayt hələlik test rejimində işləyir. Qeyd edək ki, layihənin elmi redaksiya şurasına AMEA-nın müxbir üzvü İlyas Babayev rəhbərlik edir. Bundan başqa, layihə çərçivəsində müxtəlif dillərdə kitabların nəşr edilməsi, beynəlxalq konfransların keçirilməsi, dünya mətbuatında məqalələrin yerləşdirilməsi planlaşdırılır. Ümid edirik ki, heç kəs bu layihəyə biganə qalmayacaq və onun həyata keçirilməsində AVCİYA-ya köməklik göstərəcək. Bu layihənin həyata keçirilməsi zamanı KİV nümayəndələrinin üzərinə xüsusi məsuliyyət düşür və AVCİYA onları sıx əməkdaşlığa və ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım cinyətlərinə dair materialları daha aktiv şəkildə ictimaiyyətə çatdırmağa çağırır.