Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsi çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət olunub. Petisya layihəsi ilə bağlı növbəti görüş aprelin 19-da Azərbaycan Texniki Universitetində baş tutub.
Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi və şəhidlərimizin xatirəsinin yad olunması ilə başlayan tədbiri giriş sözü ilə universitetin prorektoru İsa Xəlilov açıb. İ.Xəlilov petisiyanın mahiyyəti haqqında məlumat verib və bu petisiyaya səs verilməsinin hər kəsin vətəndaşlıq borcu olduğunu xatırladıb.
AVCİYA-nın əməkdaşı Məhərrəm Zülfüqarlı qeyd edib ki, Assosiasiyanın prezidenti, millət vəkili Elxan Süleymanovun Obama Administrasiyasına müraciətində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və digər ərazilərin Ermənistan tərəfindən işğalı məsələsi qabardılır, işğal altındakı Sərsəng su anbarının mövcud durumunun ekoloji böhran və humanitar fəlakətlə nəticələnə biləcəyi vurğulanır. M.Zülfüqarlı tələbələri səsvermə prosesində fəal olmağa çağırıb.
AVCİYA-nın əməkdaşı Rüfət Muradov Ağ Evin rəsmi saytında petisyaya səs vermək qaydaları ilə bağlı məlumat verib.
Petisiyaya bu linkdən səs verin:
https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe