Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) bir həftə öncə start verdiyi “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsi müzakirə edilib. Xatırladaq ki, layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət olunub.
Dövlət İdarəçilik Akademiyasının professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə Akademiyanın rektoru, akademik Urxan Ələkbərov açdı. Urxan Ələkbərov petisiyanın əhəmiyyəti haqqında tədbir iştirakçılarına məlumat verdi.
AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov qeyd etdi ki, layihənin fəaliyyət göstərdiyi bir həftə ərzində 100 min nəfərdən artıq insanın ona səs verməsi, petisiyanın bu qədər geniş əks-səda doğurması bir daha göstərdi ki, insanlarımız ölkəmizin gələcəyinə görə məsuliyyət daşıdıqlarını aydın başa düşürlər. Elxan Süleymanov 100 min səsin son hədd olmadığını vurğuladı, səslərin miqdarını qat-qat artırmağın gərəkliliyini söyləyərək, hər bir kəsi səsvermə prosesində fəal olmağa çağırdı.
Layihənin eksperti İradə Yaqubova tədbir iştirakçılarına səsvermə qaydaları ilə tanış etdi və sualları cavablandırdı.
Petisiyaya bu linkdən səs verə bilərsiniz:
https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe