Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı Prezident seçkiləri ilə əlaqədar növbəti seminarları Cəlilabad, Masallı, Astara və Lənkəran rayonlarının seçki fəalları üçün keçirib. Tədbirlərin keçirilməsində məqsəd regionlarda əhalinin seçki fəallığının artırılması və müşahidəçilərin maarifləndirilməsidir.
AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı AVCİYA-nın fəaliyyəti haqqında qısa məlumat verdikdən sonra, Seçki Qərargahının Fəaliyyət Proqramı, seçki öncəsi ictimai-siyasi vəziyyət, seçkini müşahidə edəcək xarici qurumlar barədə tədbir iştirakçılarını məlumatlandırıb. Daha sonra Prezident seçkilərinin monitorinqini həyata keçirəcək müşahidəçilərə təlimlər keçirilib.
Tədbirlərdə həmçinin AVCİYA Seçki Qərargahının üzvü Elvin Bədəlli, AVCİYA Cəlilabad Regional ofisinin rəhbəri Cəlal Camalov, rayon koordinatorları və yerli KİV nümayəndələri iştirak ediblər.
AVCİYA Seçki Qərargahı növbəti seminarları Bakı, Sumqayıt, Abşeron rayonlarının seçki fəalları üçün keçirəcək.
AVCİYA Mətbuat Xidməti



















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









