Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı Prezident seçkiləri ilə əlaqədar növbəti seminarları Bərdə, Ağdam, Tərtər və Goranboy rayonlarının seçki fəalları ilə keçirib.
AVCİYA Seçki Qərargahının rəhbəri t.ü.f.d., dosent Məhərrəm Zülfüqarlı tədbir iştirakçılarını AVCİYA Seçki Qərargahının Fəaliyyət Proqramı ilə tanış edib, seçki öncəsi ictimai-siyasi vəziyyət barədə məlumat verib. Daha sonra o, Prezident seçkilərinin monitorinqini həyata keçirəcək müşahidəçilərə təlimlər keçib.
Tədbirlərdə həmçinin AVCİYA Seçki Qərargahının üzvləri, AVCİYA Bərdə Regional ofisinin rəhbərliyi və rayon kordinatorları iştirak ediblər.
AVCİYA Seçki Qərargahı növbəti seminarları Zaqatala, Balakən, Qax və Şəki rayonlarının müşahidəçi və seçki fəalları üçün keçirəcək.
AVCİYA Seçki Qərargahı Mətbuat Xidməti



















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









