Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin ölkə üzrə monitoriniqi çərçivəsində fəaliyyətini davam etdirir.
Yazılı və elektron kütləvi informasiya vasitələrinin AVCİYA tərəfindən aparılmış monitorinqi cari ilin yanvar ayının ilk 3 həftəsini (1-21 yanvar 2020) əhatə edir. Monitorinqə “Azərbaycan”, “Xalq qəzeti”,“Yeni Müsavat”, “Xalq cəbhəsi”, “Şərq”, “Bakı xəbər”, “525-ci qəzet”, “Yeni Azərbaycan”, “Bakinskiy raboçiy” (rus dilində), “Nedelya” (rus dilində) qəzetləri, Minval.az (rus dilində), 1news.az (rus dilində), Zerkalo.az (rus dilində), Kaspiy.az (rus dilində) saytları və AZƏRTAC, APA, Trend, Səs (rus dilində) informasiya agentlikləri daxil edilib. Monitorinqdə adı sadalanan KİV-lərdə seçki ilə bağlı xəbərlərin həcmi və təsnifatı yer alıb.
Diaqram 1.
Monitorinqə cəlb etdiyimiz yazılı və elektron KİV-lərdə 9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı informasiyanin həcmi (1-21 YANVAR 2020)
1-ci diaqramdan göründüyü kimi monitorinq müddətində (1-21 yanvar 2020) seçki ilə bağlı informasiyaların ən çox getdiyi KİV-lər arasında liderlik “Azərbaycan” qəzetinə (167 xəbər) məxsusdur, sonrakı yerləri müvafiq olaraq Trend (91 xəbər) və AZƏRTAC (87 xəbər) informasiya agentlikləri tutur. Seçki ilə bağlı ən az informasiya isə “Bakinskiy raboçiy” (4 xəbər), “Nedelya” (3 xəbər) və “525-ci qəzet”də (7 xəbər) gedib.
Diaqram 2.
9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı informasiyanın təsnifatı
(1-21 YANVAR 2020)
2-ci diaqramda seçki ilə bağlı informasiyanın təsnifatı əks olunub. Monitorinqə cəlb etdiyimiz yazılı və elektron mediada parlament seçkiləri ilə bağlı 472 xəbər, MSK-nın 193 sənədi (Mərkəzi Seçki Komissiyasının qərarları), təbliğat xarakterli 71 material və 30 analitik yazı gedib.
AVCİYA Seçki Qərargahı