Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı Prezident seçkiləri ilə əlaqədar növbəti seminarları Quba, Qusar, Xaçmaz, Şabran rayonlarının seçki fəalları üçün keçirib.
AVCİYA Seçki Qərargahının rəhbəri t.ü.f.d., dosent Məhərrəm Zülfüqarlı tədbir iştirakçılarına Seçki Qərargahının Fəaliyyət Proqramı və seçki öncəsi ictimai-siyasi vəziyyət barədə məlumat verib. Daha sonra o, Prezident seçkilərinin monitorinqini həyata keçirəcək müşahidəçilərə təlimlər keçib. Tədbirlərin keçirilməsində məqsəd regionlarda əhalinin seçki fəallığının artırılması və müşahidəçilərin maarifləndirilməsidir.
Tədbirlərdə həmçinin AVCİYA Seçki Qərargahının üzvü Elvin Bədəlli, AVCİYA Zaqatala Regional ofisinin rəhbəri Eynulla Xeyrullayev və rayon koordinatorları iştirak ediblər.
AVCİYA Seçki Qərargahı növbəti seminarları Gəncə, Göygöl, Daşkəsən, Tovuz rayonlarının seçki fəalları üçün keçirəcək.
AVCİYA Seçki Qərargahının Mətbuat Xidməti

















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









