Ali Baş komandanın rəhbərliyi ilə müzəffər Milli Ordunun Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda apardığı qəhrəman mübarizə nəticəsində işğaldan azad olunmuş rayon və şəhərlərə erməni işğalı nəticəsində dəymiş maddi və mənəvi zərərin hesablanması ilə bağlı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) yeni layihəyə start verib. Layihənin rəhbəri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Prezidenti Elxan Süleymanovdur.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası 2011-ci ildə “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” adlı layihə həyata keçirib. Layihə çərçivəsində işağal altında olan Şuşa, Kəlbəcər, Laçın, Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Cəbhəyanı və Ermənistanla həmsərəd olan Qazax, Ağstafa, Tovuz, Tərtər, Ağcabədi, Beyləqan rayonlarının 2011-ci ilə qədər Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış və məhv edilmiş obyektləri haqqında məlumatlar toplanmışdır. Layihənin yekununda 2012-ci ildə millət vəkili Elxan Süleymanov və iqtisad elmləri doktoru Vurğun Süleymanovun müəllifliyi ilə “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” adlı kitab nəşr edilmişdir. Yeni layihə 2011-ci ildə həyata keçirilmiş layihənin davamı olaraq daha geniş tədqiqatı əhatə edəcəkdir.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Mətbuat Xidməti
26 Oktyabr 2020
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









