1. Avronest-də əsas tərəfdaş olan Avropa Parlamenti Ermənistan tərəfindən törədilmiş beynəlxalq işğala cavab olaraq, Azərbaycanın beynəlxalq hüquqlarını qorumaq üçün heç bir tədbir görmür, baxmayaraq ki, digər dövlətləri zəbt yaxud işğal edən ölkələri davamlı tənqid edir.
İzahat: Avropa Parlamentinin öz rəsmi sənədlərində “işğal” sözündən istifadə etməsi belə hər zaman bir mübarizədir. O, Rusiyaya Ukraynanı işğal etdiyinə görə sanksiyaların tətbiqini dəstəkləsə də, Çin kimi ölkələrin Cənubi Çin dənizində rəftarını tənqid etsə də, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulmasına son qoyulması üçün heç nə etmir. Bu, Brüsseldə güclü erməni lobbisinin fəaliyyət göstərdiyini açıq-aşkar sübut edir və obyektiv tərəfdaşlıq sahəsində Azərbaycanın əlverişsiz vəziyyətdə olduğunu göstərir.
- Avropa Parlamenti Azərbaycana hücumlarını davam etdirir
İzahat: Avropa Parlamenti ötən illər ərzində Azərbaycana müntəzəm hücumlar edib. 2011-ci ildən etibarən hər il anti-Azərbaycan lobbisi heç bir sübut, dəlil olmadan insan hüquqları pozuntularının olduğunu iddia edən AP qətnamələri ilə üzləşib. Bu, AP-nin qərəzini sübut edir və onu Azərbaycanda inam yaratmayan tərəfdaşa çevirir.
- Avropa Parlamentində Azərbaycanın dostlarına hücumlar edilir və onlar təcrid edilir.
İzahat: Azərbaycana obyektiv yanaşan Avropa Parlamenti üzvləri yaxud milli siyasətçilərin özləri daim Brüsseldə tənqid edilir və hücumlara məruz qalırlar. Hətta Avropa Parlamentinin rəsmi nümayəndə heyəti Azərbaycanda seçkilərin azad və ədalətli keçdiyini deyən hesabatlar verdikdə Azərbaycanın Parlamentdəki düşmənləri nümayəndə heyətini tənqid etməyə, üzvlərinə isə hücum edərək, onları araşdırmağa müvəffəq olublar.
- Ermənistana Azərbaycandan yaxşı davranırlar
İzahat: dünyada hər bir ölkənin Azərbaycana məxsus olduğunu qəbul etdiyi ərazilərin Ermənistan tərəfindən işğalı faktına, Ermənistanda insan hüquqlarının pozulması və ölüm hallarına, Ermənistanın Rusiya ilə Gömrük İttifaqı Sazişini imzalaması faktına baxmayaraq, Avropa Parlamenti yaxud Avronest onu hələ də tənqid etmir. Məntiqi baxımdan Ermənistan Gömrük İttifaqına qoşulduğuna görə artıq Avronest-də olmamalıdır, lakin görünür, Avropalılar yalnız Azərbaycanı tənqid etmək və ona hücumlar etmək üçün bu qədər çox təzyiq göstərən erməniyönümlü lobbi səbəbindən bütün bunlara məhəl qoymur. Belə qərəz həqiqi və ədalətli əməkdaşlığı çətinləşdirir və Avronest-i hələ əvvəldən zəhərləyib.
- Avronest qanunverici gücə malik olmayan zəif alətdir.
İzahat: Avronest-in bu günə qədər işləyib hazırladığı sənədlər heç bir yerdə real təsirə malik olmayıb. Onların qanunverici qüvvəsi yoxdur və nəticədə orada deyilmiş yaxud hazırlanmış hər hansı sənəd nə Avropa İttifaqında, nə də Şərq Tərəfdaşlarında siyasətə çevriləcək. Başqa sözlə, Avronest sadəcə Şərq Ölkələrinin Aİ-yə qoşulmaq imkanlarının olmamasına bəraət qazandırmaq üçün istifadə edilən nüfuz vasitəsidir. Avropa Şurasının qətnamələri və ya Avropa Parlamentinin təcili qətnamələri kimi, Avronest-in məruzələri real təsir baxımından çap edildikləri kağızdan daha az dəyərlidir.
Eyni zamanda Aİ-nin Avropa Qonşuluq Aləti çərçivəsində Şərq Ölkələrinə ayırdığı maliyyə (Azərbaycana 2014-cü ildə 70 mln. Avroya yaxın) Avronest tərəfindən idarə edilmir.
- Şərq Tərəfdaşı üzvlərinə Avronest-də ikinci sinif vətəndaşlar kimi yanaşırlar.
İzahat: Avropa Parlamentinin bir çox deputatları və rəsmiləri Şərq Tərəfdaşlarından olan üzvlərinə alçaldıcı, kobud, təhqiredici və hətta irqçi münasibət göstərirlər. Azərbaycan istənilən halda aşağı səviyyəli ölkə deyil və onun Avronest-ə və bu assambleyanın daşıdığı mənaya ehtiyacı yoxdur.
- Azərbaycanın Avronest-də kifayət qədər danışıqlar aparmaq imkanları yoxdur.
İzahat: Erməniyönümlü lobbi davamlı şəkilə Azərbaycana hücum etdiyindən və Avronest-in Prosedur əlverişsiz olduğundan, Azərbaycan Assambleyada öz proqramını tam irəli sürə bilmir.
- Avronest Avropa Parlamentinin qeyri-icra qurumudur.
İzahat: Avronest PA-nın üzvü olan AP deputatları Parlament komitələrində üzv olmaya da bilər. Beləliklə, Şərq Tərəfdaşlığı ölkələri ilə əlaqə quran üzvlər qərarlar qəbul etmir. Bu isə Avronest-də Şərq Tərəfdaşlarına verilmiş istənilən vədi etibarsızlaşdırır, belə ki, istənilən müzakirə komitələrdə hökmən dəstəklənməyəcək yaxud hətta yada salınmayacaq (xarici əlaqələr yaxud beynəlxalq ticarət kimi müzakirələri kimi).
- Avronest Şərq Tərəfdaşları üçün dəyərli resursların israfıdır.
İzahat: Avronest-ə müzakirə forumu kimi baxmağa dəyməz. Belə məkan – Avropa Parlamentinin komitələridir. Avronest-in iclaslarında iştirak etmək, Avronest-in məruzələri üzərində işləmək istənilən halda Avropa Parlamentində müsbət məruzə və ya Avropa Komissiyası ilə müsbət əlaqəyə zəmanət vermir. Avronest həqiqətən də diqqəti Brüsseldə həqiqi güc sahibləri ilə əlaqə üçün lazım olan səylərdən yayındırır.
- Avronest Şərq Tərəfdaşlarına yalan danışır.
İzahat: Keçmişdə (və ola bilər ki, gələcəkdə) Avronest katibliyi (Avropa Parlamenti adından) Şərq Tərəfdaşlarına bunu heç vaxt dəstəkləməyəcəyi barədə vədlər vermişdir. Buraya müəyyən ölkələrdə iclasların keçirilməsi, Şərq Tərəfdaşlığının maliyyələşdirilməsini artırmaq üçün yardımın göstərilməsi, o cümlədən gündəlikdə mühüm mövzulara dair məruzələr daxildir. Buna baxmayaraq, katiblik (sadəcə öz iş yerlərini qorumaq üçün işləyən), eləcə də AP deputatları yerinə yetirməyəcəyi vədlər verə bilər.
- Avronest Dağlıq Qarabağı heç vaxt müzakirə etməyəcək!
İzahat: Ermənistanın vetosuna görə Avronest heç zaman Azərbaycan üçün ən vacib mövzuya toxunmayacaq. Avronest-də eyni zamanda Ermənistanın qanunsuz hərəkətlərini müzakirə etməməklə, faktiki olaraq bu hərəkətləri qanunləşdirərək, heç vaxt “işğal” sözündən istifadə edilməyəcək. Beləliklə, baxmayaraq ki, Ermənistan hətta faktiki olaraq Şərq Tərəfdaşlığında daha iştirak etməməlidir, bu işdə Avronest yardım edəcək, çünki əgər problem haqqında danışmasanız, bu o deməkdir ki, belə bir problemin yoxdur.
- Ermənistanın Gömrük İttifaqı Sazişini imzalaması onun Avronest-lə daha maraqlanmayacağı kimi başa düşülür.
İzahat: Ermənistan olmadığı halda, Azərbaycanın Avronest-də öz əsas problemi barədə (hətta 11-ci maddədə qeyd olunduğu kimi, Avronest faydasız olsa belə) danışıqlar üçün müzakirə şəraiti olmayacaq. Anlaşılmaz vəziyyətdə Azərbaycan Ermənistanın cəzalandırıla bilmədiyi müzakirəni etibarlı hesab etməyəcək.
- Avronest-in növbəti iclasının Yerevanda keçiriləcəyi güman edilir!
İzahat: Avronest Parlament Assambleyasının Yaz Sessiyasının Yerevanda keçirilməsi planlaşdırılır, bu, Azərbaycana qarşı üçqat təhqir hesab edilir. Əvvəla, bununla azərbaycanlı deputatlar ərazilərinin dörddə bir hissəsini qanunsuz işğal etmiş bir ölkənin paytaxtına gəlib orada işləməyə məcbur olacaqlar. İkincisi, bu, Ermənistanın Gömrük İttifaqı Sazişini imzalamasına baxmayaraq, baş verəcək, bu isə o deməkdir, Ermənistan istədiyini edəcək və Avropa Parlamenti ona sanksiya tətbiq etməyəcək. Üçüncüsü, əgər azərbaycanlı deputatlar sessiyanı boykot edərsə, onlar iştirak etmədiyi halda da qərarlar qəbul ediləcək.
- Avronest-də indi əsasən Ukrayna qalmaqalı və Gürcüstan və Moldova üçün maliyyələşmə məsələləri gündəmdə olacaqdır.
İzahat: Ukraynada Rusiya böhranına görə, Avronest-də qeydiyyatdan keçən bütün AP deputatları indi əsasən Ukraynaya köməyə diqqətini yönəldib (və Avronest-in faktiki gücü olmadığı üçün məyus olacaqlar). Eyni zamanda, bəzi AP deputatları hesab edir ki, diqqətin həmin ölkələrə yönəlməsindən asılı olmayaraq, onlar Gürcüstanı və Moldovanı Rusiyadan “qoruya bilər”. Azərbaycan həmin forumda unudulmaq riski ilə üzləşir.
- Avronest artıq etibarlı olmayan layihəyə əsaslanır.
İzahat: Şərq Tərəfdaşlığının regional layihə və koalisiyanın yeni növü olması, real məqsədlərə malik olan bərabər tərəfdaşlar cəlb etməsi güman edilirdi. O, Aİ-nin öz maraqları olduğu yerlərə maliyyə ayırdığı sadə maliyyə layihəsinə çevrilib (digərlərinə nisbətən Azərbaycana çox az maliyyə ayrılıb) və daha az təkan və miqyasa malikdir. Avronest və onun parlament tərkibi güman edildiyindən daha azdır və Şərq Tərəfdaşları orada iştirakdan çox az faydalanmışlar.
6. Bütün digər ölkələrlə müqayisədə, Azərbaycan Şərq Tərəfdaşlığından çox az faydalanır.
İzahat: Aİ-nın Şərq Tərəfdaşlarına ayırdığı maliyyənin məbləği aşağıdakı siyahıda göstərilir və gördüyümüz kimi, hətta Ermənistan Gömrük İttifaqı Sazişini imzaladığı halda, Azərbaycandan 3 dəfə artıq maliyyə əldə edir.
- Ermənistan: 182 mln. Avro
- Azərbaycan: 75.5 mln. Avro
- Belarus: 41.5 mln. Avro
- Gürcüstan: 208 mln. Avro
- Moldova: 308 mln. Avro
- Ukrayna: 389 mln. Avro
Elxan Süleymanov,
AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri