
AŞPA-da Suriya köçkünlərinin vəziyyəti, onların üzləşdikləri problemlərlə bağlı üç qətnamə layihəsinin müzakirəsi zamanı çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva insanları qaçqın salan, köçkünə çevirən səbəblərə qarşı Avropanın, Avropa Şurası, AŞPA və digər təşkilatların ciddi mübarizə aparmasının vacib olduğunu söyləyib. O deyib ki, insanları köçkünə çevirən səbəblərə qarşı sərt mübarizə aparılmasa, qaçqınların sayı daha da artacaq. O, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində bir milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirib, ölkəmizdə insanların qaçqın, köçkün həyatının nə olduğunu çox yaxşı bildiklərini vurğulayıb.
Deputat bildirib ki, öz evini itirmiş insanın ağrısını azaltmaq asan deyil. Bu, çox böyük bir acıdır. Azərbaycanlı qaçqın və məcburi köçkünlər 20 ildən çoxdur ki, belə bir acı içərisində yaşayır, ancaq beynəlxalq qurumlardan onların vəziyyəti ilə bağlı heç bir münasibət görə bilmirlər. Suriya və İraqdan olan köçkünlərlə Türkiyədə görüşdüyünü deyən deputat Türkiyə dövlətinə və xalqına qaçqınlara göstərilən böyük dəstəyə görə təşəkkür edib.
Azərbaycan nümayəndə heyətinin üzvü deyib ki, insanlar evlərinı işğal, terror səbəbindən tərk edir, ölümdən qaçırlar. Bu səbəblərlə mübarizə sərt olmalıdır. Evlərindən qaçqın, köçkün düşmüş insanlara dəstək olmaq insanlıq vəzifəsidir. Avropa Şurasının bütün üzv ölkələri köçkünlərə hər cür yardım etməklə yanaşı, onların öz evlərinə qayıda bilmələri üçün dəstək göstərməlidirlər.
Şəhla Ağalarova,
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









