Statistik araşdırmalara və məlumatlara görə bütün dünya üzrə ermənilərin sayı on milyon nəfər təşkil edir. Onlardan 3 milyonu Azərbaycanın tarixi əraziləri hesab edilən hazırki Ermənistan Respublikasında, yeddi milyonu isə xarici ölkələrdə yaşayır. Onların əsas cəmləşdiyi ölkələr sırasında ABŞ, Rusiya, Fransa, Livan və Gürcüstan kimi dövlətləri qeyd etmək olar. Bu ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatlarının əsas vəzifələrindən biri Ermənistan Respublikasına hərtərəfli dəstək olmaqla yanaşı, oradakı soydaşlarını pul axını ilə təmin etmək, qondarma “erməni soyqırımı”nın dünya ölkələri tərəfindən tanınmasına nail olmaqdan ibarətdir.
Avropanın mühərriki hesab edilən Almaniyada yaşayan ermənilər və onların diaspora təşkilatları barədə bilgilər yəqin ki, oxucular üçün maraqlı olardı. Almaniyada yaşayan ermənilərin ümumi sayı 42.000 nəfər təşkil edir. Berlində 2000 nəfərə yaxın erməni yaşayır. Yerdə qalanları isə Münhen, Köln, Düsseldorf, Frankfurt, Hamburq və Almaniyanın digər şəhərlərində yaşayırlar. Ermənilər Almaniyaya əsəsən 1915-ci ildə köç ediblər. Digərləri isə sonralar İrandan, Livandan və Dağlıq Qarabağ münaqişəsindən qaçıb gələnlərdir. İkinci Dünya müharibəsindən sonra bir çox sovet erməniləri, erməni millətindən olan keçmiş müharibə əsirləri də Almaniyanın ABŞ-ın işğal sahələri hesab olunan ərazilərində qalaraq geri dönməyiblər. Onların bir çoxu sonralar Almaniyanı tərk etsələr də sonradan gələn immiqrantlar üçün onlar əsas baza rolunu oynamışlar.
Almaniyada bir çox erməni icmaları fəaliyyət göstərir. Berlin erməni icması „Berlin Erməni Koloniyası Birliyi“ adı altında Almaniyada ilk erməni icması təşkilatı kimi 1923-cü ildə təsis edilib. Ilk ümumi yığıncağı 20 May 1923-cü ildə keçirilib.
1 noyabr 1923-cü ildə ilk nizamnaməsi qəbul olunub və 2 yanvar 1924-cü ildə Şarlottenburq məhkəməsində rəsmi qeydiyyatdan keçib. 1940-cı ildə icmanın adı dəyişilərək „Erməni Koloniyası Birliyi” olub. 1980-ci ildə “Berlin erməni apostol kilsəsi icması” ləqəbi verilib. 1998-ci ildən isə Berlin erməni icması adını daşıyır və eyni zamanda Berlində yeni bir erməni kilsə icması da yaradılmışdır.
Berlində yaşayan ermənilər üçün Almaniya seçilmiş vətən hesab olunur: bir daha geriyə dönüş barədə fikirləri yoxdur. Alman dili və mədəniyyəti, sosial normalar və dəyərləri qəbul etməklə yanaşi, ermənilər Almaniyanın vətəndaşı olmağa da can atmaqdaırlar.
İcmanın əsas vəzifələrindən biri „erməni tarixindəki“ mühüm tarixi hadisələri xatirlatmaq, hər il 24 apreldə anım tədbirləri təşkil etmək, Almaniya ictimaiyyətinin fikrini qondarma „erməni soyqrımı”na yönəltməkdir. Bundan əlavə icma ənənəvi dini bayramları qeyd edir, Milad və Pasxa bayramları keçirir, mühazirələr, ədəbi və musiqi axşamları və sərgilər təşkil edir.
Berlin erməni icması Almaniyada yaşayan ermənilərin digər icma və qurumları ilə sıx əlaqə saxlamaqla yanaşı, Ermənistan Respublikası ilə əlaqələri və mədəni mübadiləni təşviq edir. „Erməni Mərkəzi Şurası“nın üzvüdür. Erməni İcma evi „Huy Dun“ adlanır. İdarə heyətinin 6 nəfər üzvü var. Vartkes Alyanak, Mari Karaciyan-Berndt icmanın fəal üzvüləridir.
Almaniya qondarma „erməni soyqırımı“nı tanımaq istəyən dövlətlər siyahsında olsa da, bu günə kimi „genosid“ sözünü ifadə etməyib. Burada təbii ki, Almaniyada mövcud olan güclü türk icması faktoru da danılmazdır
Səlahət Yusifov