“Məndə olan məlumata görə, Azərbaycan əsgərinin meyiti Ermənistan tərəfindən götürülüb”.
APA-nın məlumatına görə, bu sözləri Əsir və itkin düşmüş və girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.
O bildirib ki, bu il sentyabrın 27-də Ordubad rayonu istiqamətində itkin düşmüş Azərbaycan əsgəri Cəlilbəyli Pərviz Bəhruz oğlunun axtarışı və sonrakı taleyi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara zamanında müraciət olunub: “Noyabrın 23-də qarşı tərəf məlumat verib ki, həmin istiqamətdə azərbaycanlı hərbçinin meyiti tapılıb. Meyiti tapılan şəxsin kimliyinin müəyyən olunması ilə bağlı yenidən beynəlxalq təşkilatlara müraciət olunub. Hazırda meyitin qaytarılması üçün danışıqlar gedir. Yaxın günlərdə proseslə bağlı ictimaiyyətə məlumat veriləcək. Aidiyyəti təşkilatlarla birlikdə iş davam edir”.
https://apa.az/dagliq_qarabag/azerbaycan-esgerinin-meyiti-ermenistan-terefinden-goturulub-1578.html

















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









