Ötən gün erməni silahlı bölmələri ilə döyüşdə şəhid olan Azərbaycan Ordusunun əsgəri Elşən Aydın oğlu İsmayılov bu gün dəfn edilib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Füzuli stiqamətində şəhid olan əsgər bu gün doğulduğu Tovuz rayonunun Əhmədabad kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov və rayonun idarə, müəssisə rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin komandiri və hərbçiləri iştirak edib. Çıxış edənlər E. İsmayılovun cəsur, vətənini sevən vətəndaş olduğunu, döyüş tapşırıqlarını daima canla-başla yerinə yetirdiyini bildiriblər. Əsgərlərin yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb.

















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









