Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “Azərişıq” ASC-nin artıq 932 abonenti mövcuddur.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə qurumun bu ilin 6 ayı üzrə görülmüş işlərə dair Hadrutda media nümayəndələri ilə keçirilən görüşdə bildirib.
Onun sözlərinə görə, bunun 279-u qeyri-əhali abonentləridir.
“İşğaldan azad edilən ərazilərdəki abonentlərin hamısı smart sayğaclarla təmin edilib. Növbəti illərdə bu qurumun abonentlərinin sayı daha da artacaq. “Azərişıq” istənilən tələbata uyğun olaraq elektrik enerjisini qarşılamağa hazırdır”, – deyə A.Məmmədzadə əlavə edib.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









