
Azərbaycan Turizm və Menecment Universitetinin İctimai fənlər kаfеdrаsının professoru Məhərrəm Zülfüqarlının “Yəhudi abidələri Azərbaycan paytaxtı Bakıda: Tarix və müasir dövr” mövzusunda məqaləsi Ukraynanın “Qrani” elmi-nəzəri almanaxında nəşr olunub.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, məqalədə Azərbaycan Respublikasının paytaxtında olan yəhudi tarixi abidələri haqqında ətraflı elmi məlumat və abidələrin şəkilləri öz əksini tapıb. Məqalədə Bakıdakı qədim yəhudi abidələri ilə yanaşı, müasir dövrə aid abidələr, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun heykəli haqqında da geniş məlumat verilib.
Qeyd edək ki, “Qrani” elmi-nəzəri almanaxı Ukrayna Ali Attestasiya Komissiyasının elmi məqalələr üçün tövsiyə etdiyi jurnalların siyahısına daxil olan beynəlxalq reytinqli jurnaldır.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









