
İraqın paytaxtı Bağdadda Asiya Parlament Assambleyasının (APA) Siyasi işlər üzrə daimi komitəsinin iclası işinə başlayıb. İclas İraq Parlamenti spikeri Mahmud əl-Məşhədanin himayəsi ilə keçirilir.
AZƏRTAC İraq Xəbər Agentliyinə istinadla bildirir ki, iki gün davam edəcək tədbirdə APA-nın hazırkı sədri Azərbaycanla yanaşı, digər üzv dövlətlərdən Pakistan, İndoneziya, İraq, Kamboca, Səudiyyə Ərəbistanı, Türkiyə, Kipr, Fələstin, Rusiya, Qətər, İran, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndən heyətlər iştirak edirlər.
Bəhreyn Xəbər Agentliyi bildirir ki, Asiya Parlament Assambleyasının siyasi məsələlərlə bağlı daimi komitəsinin iclasının gündəliyində səkkiz qərar layihəsinin müzakirəsi yer alır. Bildirilir ki, iclasda hüququn aliliyi və məhkəmələrin səlahiyyətlərinin artırılması, parlament təcrübələrinin inkişaf etdirilməsi, Asiyada tərəfdaşlıq və əməkdaşlıq vasitəsilə rifahın yaradılması, Asiya parlamentləri və hökumətləri arasında əməkdaşlıqla, demokratiya vasitəsilə ahəngdar inkişafa nail olmaq mövzularında müzakirələr aparılacaq. Eyni zamanda, Yaxın Şərqdəki son vəziyyət iclasda müzakirələrin mövzularından olacaq.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO








