Azərbaycan ordusu öz hərbi gücünə görə “Global Firepower” reytinqində 145 ölkə arasında 57-ci yerdədir.
AZƏRTAC globalfirepower.com saytına istinadla xəbər verir ki, reytinq ordunun və hərbi hissələrin sayı, müdafiə xərcləri, döyüş arsenalının miqdarı və ordunun döyüş qabiliyyətinə təsir edən digər 60 müxtəlif faktor əsasında tərtib olunub.
Reytinqin ilk beşliyində ABŞ, Rusiya, Çin, Hindistan və Böyük Britaniya qərarlaşıb. Azərbaycan siyahıda 57-ci yeri tutur. Türk Dövlətləri Təşkilatının digər üzvləri – Türkiyə 11-ci, Özbəkistan 62-ci, Qazaxıstan 63-cü, Türkmənistan 82-ci, Qırğızıstan isə 107-ci sırada yer alıb.
Reytinq cədvəlinə əsasən, Pakistan 7-ci, Ukrayna 15-ci, İran 17-ci, İsrail 18-ci, Gürcüstan 85-ci, Ermənistan isə 94-cü pillədədir.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO








