Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 06.04.2016-cı il tarixində “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib.Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət ünvanlanıb (https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe).
Aprelin 12-də bu layihə ilə bağlı Azərbaycan Neft və Sənaye Universitetində tədbir keçirildi. Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə Azərbaycan Neft və Sənaye Universitetinin prorektoru Rafiq Camalov açdı. Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. AVCİYA-nın nümayəndəsi, siyasi elmlər doktoru Ramiz Sevdimalıyev petisiya layihəsi ilə bağlı tədbir iştirakçılarını ətraflı məlumatlandırdı. R.Sevdimalıyev qeyd etdi ki, petisiya layihəsinin imzalanması üçün 100 min nəfərin səsi tələb olunur və gəncləri səsvermə prosesində fəal olmağa çağırdı.
Sonra petisiya ilə bağlı videoçarx nümayiş etdirildi və Ağ Ev Administrasiyasının saytında sənədə səsvermə qaydaları barədə AVCİYA-nın nümayəndəsi Rauf Məmmədov məlumat verdi.
Petisiyaya bu linkdən səs verə bilərsiniz:
https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe